Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Karusel (20-09-2014, 21:58)
İŞİD-in yaradılmasında əsl MƏQSƏD

 

ABŞ İŞİD-ə qarşı açıq mübarizəyə başlasa da, ekspertlər hesab edirlər ki, bununla Barak Obama terror qruplaşmasını məhv etmək adı ilə Suriya və İraqı bombalayacaq. ABŞ tərəfindən irəli sürülən Böyük Orta Şərq planının bir parçası hesab edilən İŞİD-in isə əsas missiyasının İraqda gərginlik yaratmaq olduğu bildirilir. Bununla da gərgin vəziyyətdə qalan İraq yenidən ABŞ qoşunlarını öz ərazisinə çağıraraq kömək istəyəcək və Böyük Orta Şərq planı növbəti mərhələyə keçəcək.  Bu mərhələdə isə Şərqi parçalamaq məqsədilə reallaşdırılan  Böyük Orta Şərq planının məhz İŞİD sayəsində daha radikal formada həyata keçiriləcəyi də istisna edilmir. Nəticədə isə ABŞ-ın  şərqə həmlələr edib, neft yataqlarından istədiyi kimi bəhrələnməklə, bu əraziləri  yenidən sərhədlərə böləcəyi söylənilir.

Məsələ ilə bağlı Hafta.az-a açıqlama verən Milli Təhlükəsizlik Nazirliyinin sabiq əməkdaşı, polkovnik-leytenant İlham İsmayıl hadisənin başqa tərəflərindən danışıb. O bildirib ki, İŞİD-in Böyük Orta Şərq planı ilə əlaqəsi yoxdur:

“Hər hansı bir  güc ortalığa çıxdığı zaman onun maliyyəsi də olarsa, böyük dövlətlər bundan maksimum yararlanırlar.  İŞİD-in Amerika və İsrailin layihəsi olduğunu söyləmək heç də inandırıcı deyil. Çünki bu gün İŞİD-ə Amerikada prezident səviyyəsində  qarşı çıxılır. Burada Suriyanın müxalif ordusuna dəstək olunur. Bu hal birbaşa plan hesab edilməsə də, yararlanmaq istəyənlər də az olmadı. Güman olunurdu ki, İraq bunun öhdəsindən gələcək ancaq belə olmadı. İŞİD-ə qarşı quru qoşunlarından demək olar ki, nə Amerika, nə də Avropa istifadə etmir. İnsanmıram ki, bu böyük dövlətlərin layihəsi olsun”.

Ekspert hesab edir ki, İŞİD Qərbin radikal İslamçılara qarşı mübarizəsi üçün zəmin yaratdı:

“Məqsəd getdikcə artmaqda olan radikal islamçıları bir araya yığmaq idi.  Layihə isə bu ola bilər ki, İŞİD həddindən artıq radikal və qəddar təşkilat kimi dünyaya tanıdılsın. Bunun fonunda isə bütün radikalçıları və terrorçuları məhv etsinlər. Proje ancaq bu istiqamətdə ola bilər.  Hesab edidəm ki, tədricən onlar məhv ediləcək”.

Qeyd edək ki, İŞİD artıq əvvəlki gücündə deyil. ABŞ prezidenti Barak Obama isə bu terror qruplaşmasına qarşı açıq şəkildə mübarizəyə başlayıb. Obama bildirib ki, gedişata uyğun olaraq Suriya və İraqın bombalanması halı da istisna deyil.

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
22 11 2024
22 11 2024
22 11 2024