Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Gündəm (24-02-2016, 23:56)
Biləsuvarda Xocalı soyqırımından bəhs edən “Xoca” filmi nümayiş olundu.

24 fevral 2016-cı il tarixdən başlayaraq Biləsuvar  rayon İcra hakimiyyəti və rayon Heydər Əliyev Mərkəzinin bigə təşkilatçılığı ilə  Mərkəzdə   Xocalı faciəsinin 24-cü ildönümü ilə əlaqədar Vahid Mustafayevin “Xoca” filminə baxış keçirilir.
İştirakçılar ilk öncə  Heydər Əliyev Mərkəzinin foyesində məktəblilərin tərəfindən hazırlanmış və Xocalı soyqırımını canlandıran guşə və sərgi ilə tanış oldular,
Tədbirdə Biləsuvar rayon İcra Hakimiyyəti başçısının müavini Xəyalə xanım Qəmbərova  çıxış edərək Xocalı soyqırımı  haqqında geniş məlumat verdi. Bildirildi ki,bu faciə Dağlıq Qarabağ münaqişəsi zamanı baş vermiş ən dəhşətli hadisələrdən biridir. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri SSRİ dövründən Xankəndi  şəhərində yerləşən 366-cı motoatıcı alayın zirehli texnikası və hərbi heyətinin köməkliyi ilə Xocalı şəhərini işğal etdi. Nəticədə, fevralın 26-ı səhər saat 5 radələrində Xocalı tam alova büründü. Bir günün içində yer üzündən silinən şəhəri tərk edən 2500 Xocalı sakinindən 613-ü düşmən gülləsinə tuş gəlib qətliamın qurbanı oldu. Bu soyqırım nəticəsində 63-ü uşaq, 106-sı qadın, 70-i qoca və qarı olmaqla – 613 nəfər Xocalı sakini qətlə yetirildi, 8 ailə tamamilə məhv edildi, 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirdi. Düşmən gülləsinə tuş gəlib yaralanan 487 nəfərdən 76-sı uşaq idi. 1275 xocalılı əsir, 150 xocalılı itkin düşdü.Bu soyqırım zamanı Azərbaycan xalqı minlərlə şəhid qurban vermişdir.
Sonra “Xoca” filmi nümayiş olundu.

 

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024