Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Gündəm (21-02-2016, 21:28)
İlham Əliyevin Tehrana kritik əhəmiyyətli səfəri: vaxt açıqlandı

Azərbaycan prezidenti İlham Əliyevin Tehrana nəzərdə tutulan rəsmi səfərinin vaxtı açıqlanıb.

Mediatv.az Virtualaz.org-a istinadən xəbər verir ki, səfər fevralın 23-də baş tutacaq. Bu haqda İranın informasiya-telekommunikasiya naziri Mahmud Vaezinin Azərbaycanın iqtisadiyyat naziri Şahin Mustafayevlə Tehrandakı görüşü zamanı açıqlanıb.

“Azərbaycan prezidenti İlham Əliyev İrana geniş tərkibli nümayəndə heyəti ilə çərşənbə axşamı gələcək”-nazir bildirib. Vaezinin sözlərinə görə səfər zamanı Azərbaycanla İran arasında bir sıra sahələrdə əməkdaşlığa dair 10-dan çox sənəd imzalanacaq.

Azərbaycan prezidentinin Tehrana bu səfəri regionda yaranmış yeni geosiyasi şərtlər kontekstində kritik əhəmiyyət kəsb edir. Bu, İrana qarşı beynəlxalq sanksiyaların ləğvindən sonra Azərbaycanla İran arasında ilk yüksək səviyyəli danışıqlar olacaq. Gözlənilir ki, sanksiyaların ləğvindən sonra yaranan imkanlardan istifadə edən iki qonşu ölkə ticari-iqtisadi əməkdaşlığı genişləndirmək yollarını müzakirə edəcəklər. Habelə İran qazının Gürcüstana nəqli planları barədə müzakirələr olacaq. Bu günlərdə İran Ermənistan üzərindən Gürcüstana ilkin olaraq 200 milyon kubmetr qaz nəql edilməsinə dair ilkin razılaşmanın əldə olunduğunu açıqlayıb. Eyni zamanda gözlənilir ki, səfərdə dolayısı təsirləri getdikcə Azərbaycan üçün də özünü göstərən Suriya böhranı və digər regional mövzular müzakirə olunacaq.

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024