Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Gündəm (19-02-2016, 13:48)
Fazil Mustafa: "Bu tərbiyəsiz adam hamını bezdirib"

Əgər Avropa Şurasında bu məsləyə ciddi yanaşsalar, Naira Zöhrabyanın AŞPA-dakı üzvlüyünə xitam verilə bilər.

Mediatv.az xəbər verir ki, bu sözləri Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvü Fazil Mustafa erməni deputat Naira Zöhrabyanın türkiyəli millət vəkili, əslən erməni olan Markar Esayanı təhqir etməsi barədə danışarkən deyib. Millət vəkilinin sözlərinə görə, Zöhrabyana qarşı hüquqi tədbir görülməlidir: "Ümumiyyətlə, Naira Zöhrabyan çox tərbiyəsiz deputatdır. Davranışları, hərəkətləri, qışqırıqları Avropa Şurasında hamını bezdirib. Bu, bəlkə, öz dədəsini də elə təhqir edir. Ona görə də bu tərbiyəsiz adama qarşı hüquqi tədbir görülməlidir. Çünki hər hansı bir şəkildə küçədən keçən adamların Ermənistandan Avropa Şurasına göndərilməsinin qarşısı alınsın. Yəni daha abırlı adam göndərə bilərlər.

Bu baxımdan Zöhrabyanın üslubu odur. Belə üslubda olan adamlar da qəsdən ora göndərilir ki, həyasızlıqla erməni iddialarını, yalanlarını cəmiyyətə sırımağa çalışsınlar. Açığı, bu, ciddi hüquqi nəticə doğuran məsələdir. Əgər Avropa Şurasında bu məsələyə ciddi yanaşsalar, Zöhrabyanın AŞ üzvlüyünə xitam verilə bilər. Çünki heç kəsin Avropa parlamentində deputatı mövqeyinə görə təhqir etmək hüququ yoxdur".

Millət vəkili Azərbaycanın Türkiyəyə ciddi dəstək verəcəyini bildirib: "Bu məsələdə Türkiyə ilə birgə çalışmağa ehtiyac yoxdur. Məsələ gündəmə gələndə Azərbaycan tərəfi Türkiyəyə ciddi dəstək verəcək".

Xatırladaq k, AŞPA-nın qış sessiyasının gedişində Türkiyənin AŞPA-dakı nümayəndə heyətinin üzvü, milliyyətcə erməni olan Markar Esayan Robert Uolterin müəllifi olduğu "Dağlıq Qarabağ və ətraf ərazilərdə zorakılığın artması" adlı qətnamənin lehinə səs verib. Bundan sonra Ermənistanın AŞPA-dakı nümayəndə heyətinin sədri Naira Zöhrabyan yaxınlaşaraq onu təhqir edib.

Türkiyə nümayəndə heyəti bu əməlinə görə Naira Zöhrabyanın AŞPA-da səsvermə hüququndan məhrum edilməsi ilə bağlı müraciət hazırlayıb.

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024