Gündəm (12-02-2016, 14:48)
"Bu qədər bələdiyyə nəyə lazımdır?" - Siyavuş Novruzov
Bələdiyyələrin fəaliyyəti ilə bağlı çıxış edən deputat Siyavuş Novruzov ölkədə bələdiyyə sədrlərinin və bələdiyyə üzvlərinin çox olmasından şikayətlənib.
Mediatv.az xəbər verir ki, deputat bələdiyyələrlə bağlı qanunvericilikdə ciddi dəyişiklik edilməsini təklif edib.
Deputat deyib ki, bələdiyyələrlə bağlı gözəl qanunalr qəbul edilib: "Burada bələdiyyələrin inkişafına nail olunmasının çıxış yolları axtarıldı. Biz növbəti bələdiyyə seçkilərinə qədər addımlar atmalıyıq. Bələdiyyənin birinin birləşdirilməsi həyata keçirildi. Bu digərlərinə də aid edilməlidir. Yasamal rayonundan 3 deputat seçilir, 19 bələdiyyə sədri, bu qədər bələdiyyə nəyə lazımdır? Hamısı tələb edir ki, torpaq, əmək haqqı ver. Bələdiyyələrin maksimununu 9, minumunu isə 1-ə çatdırmalıyıq. Bəzi kəndlərdə adam axtarılır ki, bələdiyyə üzvi olsun, amma tapıla bilmir".
S.Novruzov hesab etdiyini bildirib ki, ciddi dəyişiklik edilməlidir, bələdiyyələr normal işləsin: "200 nəfər sakini olan kəndə 5 nəfər bələdiyyə üzvi seçirik. Bunun nə əhəmiyyəti var? Qanunvericilikdə ciddi şəkildə dəyişiklik etməliyik, bələdiyyələrin sayını azaltmalıyıq. 5000-dən çox bələdiyyə kimə lazımdır?"