Gündəm (9-12-2015, 13:40)
”Təhlükəsizliyimizə təhlükə” gəlir - MTN-lə bağlı yeni kitab hazırlanır
MTN-dəki hadisələri əhatə edən kitabın yazılması tanınmış politoloq, nazirliyin sabiq əməkdaşı Rövşən Novruzoğluna həvalə olundu
Bildiyimizə görə bu əsər ölkənin milli təhlükəsizliyi tarixində ən ciddi və həmişə aktual olacaq . Müzkirələrdə əsərin ilkin variantı bəyənilib və o istiqamətdə də tamamlanacaq. Tarixi sənədlərlə zəngin olan bu əsər şübhə etmirik ki, uzun müddət yaddaşlardan silinməyəcək. Bu haqdaxeberinfo.com-a verilən məlumatda deyilir: MTN generallarının hər biri haqqında əsərdə kifayət qədər material var. Həbs olunan, təyinat alıb gedən, sərəncamda gözləyən, hələ də MTN-də ilişib qalan, yəni işləyən generallarla bağlı romandakı açıqlamalar güman edirik hamını düşündürəcək. Əsər bütün hüquq-mühafizə orqanlarını əhatə edir.
Romanda generallardan və digər yüksək rütbəli zabitlərdən Əlimusa Əliyevin, Nizaməddin Həmidovun, Fərhad Vahabovun, Sübahir Qurbanovun, Füzuli Əliyevin, Teymur Quliyevin, Pərviz Vəliyevin və başqalarının maraqlı və çox düşündürücü obrazları var. Əsərin adı “Təhlükəsizliyimizə təhlükə”dir. Bu adamlar işə götürülərkən sabilq nazir Eldar Mahmudova and içmişdilər. Amma nəyin andını? Hansı andı? Milləti sarsıtmaq, dövləti parçalamaq, insanlara zülm və əzab vermək andını, yoxsa... Sənədlərdən aydın olur ki, bunlar həqiqətən işə girərkən and içiblər... “Sədaqətlə xidmət” andını. Amma kimə, nəyə... Romanda bütün bunlara aydınlıq gətirilir.
Qeyd edək ki, romandakı hadisələr Rabitə və Nəqliyyat Nazirliyində, Əmlak Komitəsində və digər yerlərdə də cərəyan edir. Bu romanla bağlı yeni bir filmin çəkilişi də olacaq. Artıq ona da icazə verilib.
Sabiq nazir Eldar Mahmudovun ətrafında cərəyan edən bütün bu hadisələrdə tez-tez dəyişən simaları, üzləri görəcəksiz. Bu adamlar nə vətənə, nə millətə, nə öz ailələrinə, nə öz nəsillərinə, nə keçmişlərinə, nə də gələcəklərinə... heç nəyə xidmət etməyiblər.
Yaxın günlərdə çap olunacanq bu əsər maraqla qarşılanaşcaq.
Xeberinfo.com: