Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Gündəm (26-10-2015, 15:22)
“Yanan bina” faciəsi Gəncədə də təkrarlana bilər!- FOTOLAR

“Yanan bina” faciəsi Gəncədə də təkrarlana bilər!- FOTOLAR

  Ölkənin ikinci böyük şəhərində hələ də binalardan penoplast üzlüklər sökülməyib

Mediatv.az “Xeberinfo.com”a istinadən xəbər verir ki, Gəncə şəhərində kütləvi yanğın faciəsi yaşana bilər. Söhbət Gəncə şəhərində xeyli sayda binaların penoplast üzlüklə bəzədilməsindən gedir. Şəhərin mərkəzi sayılan H. Əliyev pr., N. Gəncəvi pr.-də və Dəmir Yol Vağzalı istiqamətində yerləşən bu binaların hər an külolma ehtimalı var. Oxucumuz penoplast üzlüklü binaların fotolarını da redaksiyamızın elektron ünvanına göndərib. Penoplast üzlüklərin yaşatdığı faciələr bizlərə tanışdır.

Xatırladım ki, bu il 19 mayda Bakı şəhəri, Binəqədi rayonu, Azadlıq prospetki 200/36 ünvanında yerləşən penoplast üzlüklü çoxmərtəbəli binada dəhşətli yanğın baş vermişdir. Faciə zamanı 15 nəfər ölüb, 50-dən çox insan yaralandı. Açılan cinayət işi üzrə isə 6 nəfər həbs olunub.

Bənzər hadisə aprel ayında Xətai rayonunda da baş vermişdi. Zığ şosesi, 16 ünvanı, "Nargilə" kafesinin arxasında yenidənqurma işlərinin aparıldığı 9 mərtəbəli yaşayış binasının fasadını üzləmək üçün qurulan taxta konstruksiyalar yanmağa başlayıb. Daha sonra binanın fasadını alov bürümüşdür.

Bütün bunlardan sonra Gəncə kimi bir şəhərdə hələ də penoplast üzlüklü binaların olması heyrət və təəssüf doğurur. İnsafən Elmar Vəliyevin rəhbərliyi dövründə Gəncə müsbət mənada simasını dəyişib. Amma böyük ehtimalı olan belə bir faciəyə göz yumulması heç cür başadüşülən deyil. Tanrı bu milləti məsuliyyətsiz səlahiyyət sahiblərindən qorusun...

Biz problemlə bağlı Gəncə şəhər icra hakimiyyətinin ictimai-siyasi şöbəsindən məlumat öyrənməyə çalışdıq. Özünü şöbə müdiri Həsən Məmmədovun köməkçisi kimi qələmə verən şəxs bir-neçə dəqiqədən sonra bizimlə əlaqə yaradacaqlarını desə də, bu olmadı. 

“Yanan bina” faciəsi Gəncədə də təkrarlana bilər!- FOTOLAR
“Yanan bina” faciəsi Gəncədə də təkrarlana bilər!- FOTOLAR
“Yanan bina” faciəsi Gəncədə də təkrarlana bilər!- FOTOLAR
“Yanan bina” faciəsi Gəncədə də təkrarlana bilər!- FOTOLAR

шаблоны для dle 11.2

Xəbər lenti
15 05 2024
15 05 2024
15 05 2024
15 05 2024
15 05 2024
15 05 2024
15 05 2024
15 05 2024
15 05 2024
15 05 2024
15 05 2024
15 05 2024
15 05 2024
15 05 2024
15 05 2024
15 05 2024
15 05 2024
15 05 2024
15 05 2024
15 05 2024
15 05 2024
15 05 2024
15 05 2024
14 05 2024
14 05 2024
14 05 2024
14 05 2024
14 05 2024
14 05 2024
14 05 2024