Ukrayna prezidenti Volodimir Zelenski ölkənin təhlükəsizlik və müdafiə sektorunun nümayəndələri ilə gizli görüş keçirib.Mediatv.az RİA Novostiyə istinadən xəbər verir ki, İclasda Ukrayna qoşunlarının, kəşfiyyat orqanlarının rəhbərləri, Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi və Ukrayna Təhlükəsizlik Xidmətinin rəhbərləri iştirak ediblər .

Görüş zamanı qoşunların ehtiyacları və ölkənin tərəfdaşları ilə koordinasiya müzakirə edilib. Bundan başqa, Ukrayna prezidentinin ilkin sərəncamlarının icrası da nəzərdən keçirilib.

Almaniyanın “Handelsblatt” qəzeti daha əvvəl yazmışdı ki, Ukrayna prezidentinin komandasının davranışında qarşıdan gələn sərt qışla əlaqədar gözlənilən siyasi böhranın əlaməti var.