Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisinin müavini Yevgeni Sekretarevə məxsus "BMW" markalı avtomobil Moskvada yanıb.Mediatv.az xarici KİV-ə istinadən xəbər verir ki, avtomobil Leninqrad şossesində evin həyətində yanıb. İstintaq Baş Qərargah zabitinin avtomobilinin yandırıla biləcəyini istisna etmir. Bəzi şahidlər hadisə yerinin yaxınlığında şübhəli qızın olduğunu bildirib, lakin onun hadisə ilə əlaqəsi olub-olmadığını indidən söyləmək çətindir.