Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Dünya (3-03-2014, 23:16)
SSRi dağıldıqdan sonra hansı müqavilələr Krımın Türkiyəyə verilməsini şərtləndirir?

 

Krım deyəndə bu açar sözlər yada düşür: "yunan koloniyaları","kimmer-skiflər", "gəraylar". 

 

 

Uzun müddət bu ərazidə kimmerlər, skiflər, yunanlar dominant xalq olublar. O zamanlar Moraviya çöllərində yaşayan slavyanlar üçün bu ərazi çox uzaq ünvan idi. 1441-də Çingiz xanın nəslindən olan Gəraylar sülaləsi bu ərazidə müstəqil dövlət qurdu. Bu dövrdə super güclərdən olan Osmanlı imperiyası bir müddətdən sonra Krım xanlığını vassalına çevirdi. Əslində, bu, yerli əhaliyə sərf edən bir qərar idi. Belə ki, yeni yaranmıs dövləti  Ukrayna hetmanarından, kazaklardan qorumaq üçün belə bir gücə  ehtiyac vardı. 

 

1654-cü ildə Peryaslav radası Ukraynanın Rusiyaya birləşdirilməsini təmin etdi. Rus-sovet tarixşunaslığında bu məsələ xalqların istəyi kimi qiymətləndirilir. Əslində isə bu başda Boqdan Xmelnitski olmaqla, bir qrup feodalın istəyi idi. Xalq bunu istəmirdi. Sadəcə, İsveçlə müharibə bu məsələdə motivasiya rolunu oynadı. 

 

Mənəvi arxeologiya olan folklorda bu "doğma qardaş" istəyinin əksini görürük. Tarixən maloruslar ilə velikoruslar arasında diskomfort şərait olub. Çarizm Ukraynanı ələ keçirdikdən sonra hetmanlara, kazaklara divan tutdu. Amma gec idi. Bu aralar Pyotrun dənizlər ideyası gündəmə gəldi. Bu məsələdə isə başlica əngəl Krım idi. Bu çəkişmələr Rus-Türk müharibəsinə səbəb oldu (1768-17774). Osmanlı sarayında kardinal problemlər olduğundan türklər məğlub oldular. 1774-də bağlanmış Kücuk Qaynarca müqaviləsinə görə, Krim türklərin əlindən çıxdı. Krım sözdə müstəqil oldu. 

 

1783-cü il aprelin 8-də Krım Rusiyaya birləşdirildi. Burada Tavrida qəzası yaradıldı (yunanlar türk əsilli kimmerləri tavr adlandırırdı: red). Bu, artıq ikinci Yekatrinanin "yunan ideyası"na keçid mərhələsi idi. Bu ideyaya görə, Osmanlı Avropadan çıxarılmalı, İstanbul işğal edilməli idi...

 

Sovet hakimiyyətinin ilk illərində Krıma muxtariyyət verildi. 1954-cü ildə Xruşşov Krımı Ukrayna SSRİ-yə verdi. Bu ərazi RSFSR-in idi. RSFSR Rəyasət Heyyəti məsələni müzakirə etdi. Tarxi mənbələr göstərir ki, həmin iclasda yetərsay olmayıbmış. Belə ki, Rəyasət Heyyətinin 29 üzvündən, cəmi 13 nəfəri toplantıda iştirak edibmiş. Bu məsələ normalda plebiist qaydada həll edilməli idi. Sovetlər isə monolit dövlət sayıldığından, belə məsələlər adi sayılırdı.

 

SSRİ dağıldıqdan sonra Krım Ukraynanın tərkibində qaldı. Əslində isə SSRİ dağıldıqdan sonra, Türkiyənin Krıma sahib durma imkanları vardı. Belə ki, 1774-cü il Küçük Qaynarca, 1791-ci ildəki Yassi müqavilələri qüvvədə idi. Bu müqavilələrə görə, Krım müstəqil ola bilməzdi, üçüncü dövlətə verilə bilməzdi, Rusiya müsəlman əhaliyə toxunmayacaqdı, dini işlər Osmanlının əlində olacaqdı. Bunun əksi olacaqdısa, Krım avtomatik olaraq Türkiyənin ərazisi hesab olunacaqdı. Təəssüflə qeyd etmək lazımdır ki, Türkiyə bu məsələdə susqunluq nümayiş etdirdi. Sadəcə, 1954-cü ildə Menderes hökuməti Krımdakı türklərin vəziyyəti ilə bağlı bir-neçə danışıq həyata keçirsə də, bu hökumət devirildiyi üçün həmin danışıqlar yarımçıq qaldı. 1991-ci ildə Viskulidə Krımın vəziyyəti müzakirə olunarkən, Turqut Özal hakimiyyəti də susqun mövqe nümayiş etdirdi. Türkiyə tarixçiləri bunu geopolitik durumla əlaqələndirirlər. 

 

Qeyd edək ki, Krımda bugünki vəziyyət çarizmin türklərə qarşı apardığı təmizləmə siyasətinin nəticəsidir.

Krımın işğalından sonra, kütləvi surətdə köçürmə siyasəti aparıldı. Krımdakı türklər oradan çıxarılaraq, rusların həmin ərazidə yerləşdirilməsi siyasəti aparıldı. Bu siyasət isə faktiki olaraq, hüquqi müqavilənin pozulması idi. Bu gün Krımda rusların üstünlük təşkil etməsi həmin tarixi səhvin nəticəsidir. Bütün köçürmələrə baxmayaraq, 1896-cı ilin statistik göstəricilərinə görə, Krımın əhalisinin 33 faizini türklər, 31 faizini isə ruslar təşkil edirdi.

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
20 05 2024
20 05 2024
20 05 2024
20 05 2024
20 05 2024
20 05 2024
20 05 2024
20 05 2024
20 05 2024
20 05 2024
20 05 2024
20 05 2024
20 05 2024
20 05 2024
20 05 2024
20 05 2024
20 05 2024
20 05 2024
20 05 2024
20 05 2024
20 05 2024
20 05 2024
20 05 2024
20 05 2024
20 05 2024
20 05 2024
20 05 2024
20 05 2024
19 05 2024
19 05 2024