Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Dünya (30-04-2022, 11:41)
“Ukraynanın və digər ölkələrin ərazi bütövlüyünü açıq şəkildə dəstəkləyirik”

“Ukraynanın və digər ölkələrin ərazi bütövlüyünü açıq şəkildə dəstəkləyirik”

“Bizim təcrübəmizə əsaslanaraq, ən önəmlisi heç bir zaman işğalla razılaşmamaqdır”.

Mediatv.az xəbər verir ki, bu barədə Prezident İlham Əliyev aprelin 29-da ADA Universitetində keçirilən “Cənubi Qafqaz: inkişaf və əməkdaşlıq” adlı beynəlxalq konfrans iştirakçıları ilə görüşdə “Ukrayna üçün şəxsi məsləhətiniz nə ola bilər?” sualını cavablandırarkən bildirib.

“Bilirsiniz, danışıqlar zamanı müxtəlif anlar olub və mən Qərbdən olan həmkarlarımdan müxtəlif mesajlar almışam. Onlardan biri o idi ki, siz reallığı nəzərə almalısınız. Azərbaycan Birinci Qarabağ müharibəsini uduzub və sizin davranışınız reallığa əsaslanmalıdır. Ərazi bütövlüyümüzlə əlaqədar məsələlərdə bizə məsləhət verməyə cəhdlər olub və mən hər zaman yox demişəm. Şəxsən mən, Azərbaycan xalqı öz torpaqlarımızda digər saxta erməni dövlətinin yaradılmasına heç vaxt razı olmayacağıq, lazım olarsa, biz ölənə kimi döyüşəcəyik.

Mənim şərhlərim bəzən düşmənçilik, aqressivlik kimi təqdim edilib. Mən hər zaman ritorikama görə tənqid olunmuşam. Ermənistan liderləri hər zaman “konstruktiv” olduqlarına görə təriflənib. Onlar belə “konstruktiv” idi, onlar işğalı möhürləmək istəyirdilər. Onlar istəyirdilər ki, biz Dağlıq Qarabağdakı separatçılara müstəqillik verməyə razı olaq. Onlar bizim ərazinin böyük hissəsini, xüsusilə keçmiş DQMV ilə Ermənistan arasındakı əraziləri öz nəzarətləri altında saxlamaq istəyirdilər. Mənim mövqeyim belə idi ki, biz heç vaxt buna razı olmayacağıq. Beləliklə, ilk növbədə, öz təcrübəmizə əsaslanaraq deyə bilərəm ki, heç vaxt, heç bir halda ərazi bütövlüyünün pozulması ilə razılaşmayın. İkincisi, işğal dövründən mən nə öyrəndim? Öz ehtiyatlarına bel bağlamağı. Üçüncüsü, beynəlxalq təşkilatların qətnamə və qərarlarına güvənməməyi. Onların heç bir dəyəri yoxdur”, - deyə İlham Əliyev qeyd edib.

Prezident xatırladıb ki, BMT Təhlükəsizlik Şurası erməni qoşunlarının bizim ərazimizdən qeyd-şərtsiz, tamamilə və dərhal çıxarılmasına dair 27 il ərzində icra olunmayan dörd qətnamə qəbul edib: “Biz onları özümüz icra etmişik. Bu qətnamələri qəbul edən ölkələrdən üçü BMT Təhlükəsizlik Şurasının daimi üzvüdür və ATƏT-in Minsk qrupunun həmsədrləridir. Mən hər zaman onlardan soruşurdum ki, qəbul etdiyiniz qətnamələri niyə icra etmirsiniz? Cavab aydın idi.

İşğal vəziyyəti onlar üçün məqbul idi. Bu, Ermənistan üçün, bu, həmsədrlər üçün məqbul idi, lakin bizim üçün məqbul deyildi. Biz azlıq idik. Biz real dünyada yaşamalı və başa düşməli idik ki, beynəlxalq təşkilatlardan heç bir dəstək yoxdur.

Mən hazırda Ukraynadakı vəziyyət barədə danışmıram. Bu xüsusda, vəziyyət bir qədər fərqlidir. Mən özümüz barədə danışıram. Əlbəttə ki, bizə güclü ordu lazım idi. Bunun üçün isə bizə güclü iqtisadiyyat lazım idi. Hər bir şey nəticəyə hesablanaraq edilirdi - biri digərindən sonra, bəzən paralel.

Bizim yeni nəslə, doğma torpaqlar naminə ölümə gedəcək nəslə ehtiyacımız var idi. Bu nəsil yetişdi. Qarabağ uğrunda şəhid olan nəslin əksəriyyəti heç vaxt Qarabağı görməmişdi. Cavan vətənpərvər nəsil yüksək motivasiyalı idi. Əlbəttə, ən önəmlisi güclü orduya sahib olmaq idi. Biz onu etdik. Prezident kimi bütün illər ərzində bu, mənim bir nömrəli məsələm idi.

Ona görə də hərbi xərclərimiz digərləri ilə müqayisədə bir nömrəli idi. İkinci təhsil idi, o da öz növbəsində vacibdir. Əks təqdirdə torpaqları geri alacaq vətənpərvər insanları yetişdirmək mümkün deyil. Əlbəttə ki, yüksək motivasiya - biz onları motivasiya edirdik. Ermənistanın tərəfində kimin dayanmasından asılı olmayaraq, biz axıradək getməyə hazır idik. Biz müəyyənləşdirdik ki, Ermənistanın tərəfində olanlar çoxdur. Bu, baş verdi, lakin bizi saxlaya bilmədi. Müharibə zamanı mən dayanmağa hazır olduğumu dəfələrlə açıq şəkildə demişdim: Ermənistanın baş naziri çıxmağa dair mənə nə vaxt cədvəl verərsə, - biz bu müharibəni istəmirdik, biz öz ərazimizdə döyüşürdük, - o, həmişə imtina edirdi. Lakin biz Şuşanı azad edəndən sonra o, 9 noyabrda tarixləri verməyə razılaşdı. Bundan sonra biz dayandıq. Biz əlavə olaraq döyüşmədik, çünki insanların həlak olmasını istəmirdik. Kapitulyasiya aktına əsasən biz qalan əraziləri azad etdik. Bu, bizim necə döyüşdüyümüz, necə hazırlaşmağımızdır. Əgər siz məndən bunların arasında ən vacib olanı soruşursunuzsa, deyə bilərəm, mütləq şəkildə inanıram ki, bu, əzmdir. Ən vacib olan budur. Özünü müdafiə etmək əzmi olan ölkənin xalqını sən heç vaxt məğlub edə bilmərsən. Bu, yalnız müvəqqəti ola bilər. Biz bunu nümayiş etdirdik”.

Prezident vurğulayıb ki, Azərbaycan Ukraynanın və digər ölkələrin ərazi bütövlüyünü açıq şəkildə dəstəkləyir: “Bəli, bizim Rusiya ilə yaxşı münasibətlərimiz var. Eyni zamanda, Ukrayna ilə də yaxşı münasibətlərimiz var. Beynəlxalq hüququn prinsipləri siyasi seçimlərə əsaslanaraq təfsir edilməməlidir. Biz özümüz hər zaman bunun subyekti olmuşuq. Çünki hətta Ukraynadakı hadisədən əvvəl beynəlxalq ictimaiyyət tərəfindən Gürcüstanın və Moldovanın ərazi bütövlüyünə hər zaman açıq şəkildə dəstək ifadə olunub. Bizə çatanda isə mesaj həmişə bu olub ki, gedin sülh yolu ilə həll edin. Lakin sənin ərazindən çıxmaq istəməyən işğalçı ilə necə sülh yolu ilə razılaşa bilərsən? Biz cəhd etdik. Mən, demək olar ki, 17 il cəhd etdim. Sonra biz gördük ki, bu, mümkün deyil. Sonra biz gördük ki, bizim sülh yolu ilə həll etmək istəyimiz işğalçını daha təkəbbürlü və aqressiv etdi. Onlar yeni ərazilər naminə yeni müharibə ilə bizi hədələməyə başladılar və “Qarabağ Ermənistandır” dedilər. Lakin indi nə deyirlər? İndi isə deyirlər ki, Qarabağ Azərbaycandır. Bunu kim dedi? 2019-cu ildə “Qarabağ Ermənistandır” deyən eyni şəxslər. Biz yeni reallıqlar yaratdıq - necə deyərlər, öz əllərimiz və öz qəlbimizlə. Hesab edirəm ki, bizim təcrübəmiz ləyaqət, ərazi bütövlüyü və ədalət naminə bütün ölkələr üçün əhəmiyyətlidir”.

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
12 05 2024
12 05 2024
12 05 2024
12 05 2024
12 05 2024
12 05 2024
12 05 2024
12 05 2024
12 05 2024
12 05 2024
11 05 2024
11 05 2024
11 05 2024
11 05 2024
11 05 2024
11 05 2024
11 05 2024
11 05 2024
11 05 2024
11 05 2024
11 05 2024
11 05 2024
11 05 2024
11 05 2024
11 05 2024
11 05 2024
11 05 2024
10 05 2024
10 05 2024
10 05 2024