Dünya (23-04-2022, 12:27)
40 dövlətin müdafiə naziri bir araya gəlir - Ukraynaya görə
Pentaqon 40 müttəfiqini Ukraynanın uzunmüddətli təhlükəsizlik ehtiyaclarını müzakirə etmək üçün gələn həftə Almaniyada görüşməyə dəvət edib. Mediatv.az xəbər verir ki, bu barədə AFP agentliyi məlumat yayıb.
Pentaqonun sözçüsü Con Kirbi bildirib ki, NATO-ya üzv olmayan 20 ölkənin müdafiə nazirləri və yüksək səviyyəli generalları ABŞ-ın müdafiə naziri Lloyd Ostinin çərşənbə axşamı, aprelin 26-da Almaniyanın qərbindəki Ramşteyn Hərbi Hava Qüvvələri bazasında keçiriləcək görüşə dəvətini qəbul ediblər.
O, Ukraynanın tərəfdaşlarının müharibədən sonra onun hərbi qüdrətini gücləndirməyə necə kömək edə biləcəyini müzakirə etmək üçün görüşü - məsləhətləşmə adlandırıb.
Kirbi bildirib ki, ölkələr Ukraynaya cari ehtiyacları ilə bağlı yardımı necə davam etdirə biləcəklərini, eləcə də müharibənin gedişində müxtəlif tərəfdaşların hansı silahları təmin edə biləcəklərini müzakirə edəcəklər.
Onun sözlərinə görə, görüş NATO-nun himayəsi altında keçirilməyəcək və dərhal konkret nəticələrə gətirib çıxarmayacaq.
Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
22 11 2025
22 11 2025
22 11 2025
22 11 2025
22 11 2025
22 11 2025
22 11 2025
22 11 2025
22 11 2025
22 11 2025
22 11 2025
22 11 2025
22 11 2025
22 11 2025
22 11 2025
22 11 2025
22 11 2025
22 11 2025
21 11 2025
21 11 2025
21 11 2025
21 11 2025
21 11 2025
21 11 2025
21 11 2025
21 11 2025
21 11 2025
21 11 2025
21 11 2025
21 11 2025

























