Rusiya və Belarus rəhbərləri Ukraynadakı hadisələrdən məsuliyyət daşıdığına görə ABŞ 650-dən çox şəxsə viza verməkdən imtina edib.

Mediatv.az xəbər verir ki, Birləşmiş Ştatlar lüzumsuz iztirab və ölümlərə görə Rusiya və Belarus rəhbərlərinin məsuliyyət daşıdığını bildirib.

Martın 15-də elan edilən "İmmiqrasiya və Vətəndaşlıq Aktı"nın 212(a)(3)(C) bəndinə əsasən 587 rusiyalı şəxsə viza məhdudiyyəti tətbiq edilib.
Viza yalnız hər iki ölkənin hökumət rəsmilərinə və onların ailə üzvlərinə şamil edilib.