Latviya, Estoniya və Litvanın Sankt-Peterburqdakı baş konsulluqları bağlanıb.

Mediatv.az xəbər verir ki, Rusiya Xarici İşlər Nazirliyinin məlumatında Latviyanın Pskovdakı konsulluğunun da bağlanması qeyd olunub. 

Onların bütün işçiləri persona non-qrata elan edilib. Rusiya Xarici İşlər Nazirliyinin saytında bildirilib ki, bu qərar Rusiyanın bu ölkələrdəki diplomatik nümayəndəliklərinin bağlanmasına cavab olaraq qəbul edilib.