Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Dünya (21-04-2022, 12:13)
Boris Conson Hindistana gedir: Ukrayna ilə bağlı təzyiq edəcək?

 Böyük Britaniyanın Baş naziri Boris Conson hindistanlı həmkarı Narendra Modini Ukrayna ilə bağlı mövqeyini dəyişməyə inandırmaqdan imtina edib. Bu barədə Britaniya Nazirlər Kabineti rəhbərinin nümayəndəsinə istinadən “Times of India” qəzeti yazıb.
Conson baş nazir kimi ilk dəfə Nyu-Dehliyə səfər edir. Görüşün gündəmində Ukrayna mövzusunun olacağı gözlənilir, lakin siyasətçi Modinin fikirlərinə təsir etməyə çalışmayacaq.
“Biz Hindistana nəyisə öyrətmək və onu bir mövqeyi digərinə dəyişməyə inandırmağa çalışmaq fikrində deyilik. Biz mühüm beynəlxalq tərəfdaş kimi onunla konstruktiv çalışmağa səy göstəririk”, – deyə Böyük Britaniya baş nazirinin sözçüsü bildirib.
Nəşr onu da qeyd edib ki, Conson Ukraynadakı vəziyyətlə bağlı Hindistana “mühazirə” demək niyyətində deyil və danışıqların əsas mövzusu Hind-Sakit okeanı regionunda, o cümlədən müdafiə sektorunda əməkdaşlıq olacaq.
Ukraynadakı vəziyyət və Ukraynaya yardım məsələsində isə Hindistan öz mövqeyində qalır. Belə ki, Hindistan Yaponiyadan Ukraynaya göndərilən Yaponiya özünümüdafiə qüvvələrinin yardım yükü dolu təyyarəsini qəbul etməkdən imtina edib.
Aprelin sonunda təyyarə Ukrayna ilə qonşu olan Polşa və Rumıniyaya humanitar yardım çatdırmalı idi və yükün Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Komissarlığından keçəcəyi gözlənilirdi. Ötürmə məntəqələri olaraq isə Hindistan və Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) elan edilmişdi.
Lakin bu məsələnin Nyu-Dehli ilə razılaşdırılmasına baxmayaraq aprelin 20-də Hindistan tərəfindən rədd cavabı alınıb. Buna səbəb kimi isə Hindistan səsvermənin yetməzliyini göstərib.шаблоны для dle 11.2

Xəbər lenti
6 05 2024
6 05 2024
6 05 2024
6 05 2024
6 05 2024
6 05 2024
6 05 2024
6 05 2024
6 05 2024
6 05 2024
6 05 2024
6 05 2024
6 05 2024
6 05 2024
5 05 2024
5 05 2024
5 05 2024
5 05 2024
5 05 2024
5 05 2024
5 05 2024
5 05 2024
5 05 2024
4 05 2024
4 05 2024
4 05 2024
4 05 2024
4 05 2024
4 05 2024
4 05 2024