Dünya (20-04-2022, 13:22)
Rusiya Qələbə gününə qədər bu əraziləri tutmağa çalışacaq
Rusiya ordusu mayın 9-dək Donetsk və Luqansk vilayətlərinin inzibati sərhədlərinə çatmaq, həmçinin işğal olunmuş Krıma gedən quru dəhlizinə nəzarəti saxlamaq istəyir.Mediatv.az xəbər verir ki, bunu Ukrayna MN-in sözçüsü Aleksandr Motuzyanik deyib.
“İndi onların məqsədi tam aydındır: Ukrayna qüvvələrini Donetsk və Luqansk vilayətlərinin inzibati sərhədlərindən kənara çıxarmaq və müvəqqəti işğal olunmuş Krıma gedən quru dəhlizi saxlamaq. Məhz bu qələbə cəmiyyətə yalan satmaq üçün rus hökumətinə lazımdır”, - o bildirib.
Motuzyanık qeyd edib ki, Rusiya gələcəkdə daha çox əraziləri tutmaq üçün hücumunu artırmağa çalışacaq:
“İndi düşmən buna hazırlaşır, qüvvə toplayır və işğal etdiyi ərazilərdə möhkəmlənir. Lakin bu, Donetsk və Luqansk vilayətlərində hərbi əməliyyatların nəticələrindən asılı olacaq. Rusiya ordusunun belə bir taktikası var - bölmələrin əsas istiqamətlərdə tam və ya qismən mühasirəyə alınması, qüvvələrin sıxışdırılması, mümkün maddi-texniki dəstək marşrutlarının bağlanması. Çox güman ki, ruslar bu taktikadan istifadə edəcəklər. Bizim vəzifəmiz bunun qarşısını almaqdır”.
Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
22 11 2025
22 11 2025
22 11 2025
22 11 2025
22 11 2025
22 11 2025
22 11 2025
22 11 2025
22 11 2025
22 11 2025
22 11 2025
22 11 2025
22 11 2025
22 11 2025
22 11 2025
22 11 2025
22 11 2025
22 11 2025
21 11 2025
21 11 2025
21 11 2025
21 11 2025
21 11 2025
21 11 2025
21 11 2025
21 11 2025
21 11 2025
21 11 2025
21 11 2025
21 11 2025

























