Rusiyada təyyarə qəzası baş verib.

Mediatv.az xarici  KİV-ə istinadən xəbər verir ki, MiQ-31 qırıcısı Leninqrad vilayətində qəzaya uğrayıb. 

İlkin məlumata görə, hadisəyə texniki nasazlıq səbəb olub. Bildirilir ki,  MiQ-31 planlı təlim uçuşu həyata keçirimiş. Hadisə yerinə axtarış-xilasetmə xidmətinin 3 Mi-8 helikopteri göndərilib.

Təyyarə boş sahəyə düşüb, dağıntılar olmayıb.