Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Dünya (7-04-2022, 16:51)
“Türkiyə ilə fəal əməkdaşlıq davam etdiriləcək” - Darçiaşvili

 Gürcüstan-Türkiyə münasibətlərinin bundan sonra da inkişafı üçün fəal əməkdaşlıq davam etdiriləcək.
Mediatv.az xəbər verir ki, bu, Gürcüstanın xarici işlər naziri İlya Darçiaşvilinin türkiyəli həmkarı Mövlud Çavuşoğlu ilə Brüsseldə NATO XİN başçılarının toplantısı çərçivəsində keçirdiyi görüşdə bildirilib.
Tanışlıq görüşündə iki ölkə arasında sıx dostluq və strateji tərəfdaşlıq münasibətləri vurğulanıb.
Türkiyənin Gürcüstanın Avroatlantik inteqrasiyası, suverenliyi və ərazi bütövlüyünə qətiyyətli dəstəyi ifadə olunub.
Görüşdə Ukraynadakı böhran və regionda təhlükəsizlik mühiti də müzakirə olunub. Nazirlər bu istiqamətdə danışıqlar prosesində Türkiyənin xüsusi rolunu və Ankaranın gələcək səylərini vurğulayıblar.
XİN başçıları yüksək səviyyələrdə səfərlərin mübadiləsinin və Gürcüstan-Türkiyə Strateji Əməkdaşlıq Şurasının toplantısının təşkilinə hazırlıq ifadə ediblər.
Müzakirələr zamanı iki ölkə arasında uğurlu ticari-iqtisadi əlaqələrə də toxunulub, bu sahədə əməkdaşlığın dərinləşdirilməsinin zəruriliyi qeyd olunub.
M.Çavuşoğlu gürcü həmkarına gələcək fəaliyyətində uğurlar arzulayıb.шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
23 11 2025
23 11 2025
23 11 2025
23 11 2025
23 11 2025
23 11 2025
23 11 2025
23 11 2025
23 11 2025
23 11 2025
23 11 2025
23 11 2025
22 11 2025
22 11 2025
22 11 2025
22 11 2025
22 11 2025
22 11 2025
22 11 2025
22 11 2025
22 11 2025
22 11 2025
22 11 2025
22 11 2025
22 11 2025
22 11 2025
22 11 2025
22 11 2025
22 11 2025
22 11 2025