Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Dünya (5-04-2022, 14:32)
"Rusiyadan ölkəmizə qarşı təhdid xarakterli fikirlər səsləndirilir" - Ekspert danışır

 “Rusiyadakı bəzi dairələr yenidən ölkəmizlə bağlı çirkin addımlarını davam etdirməkdədirlər”.
Mediatv.az xəbər verir ki, bunu “Şərq”ə açıqlamasında Beynəlxalq Münasibətlər və Diplomatiya Araşdırmaları Mərkəzinin rəhbəri Samir Hümbətov deyib. Analitik bildirib ki, son 1 həftə ərzində ikinci dəfədir ki, şimal qonşumuzdan ölkəmizə qarşı təhdid xarakterli fikirlər səsləndirilir:

“Bir neçə gün öncə Dövlət Dumasının deputatı Mixail Delyagin Azərbaycana qarşı sərsəm bəyanat vermişdi. İndi isə keçmiş deputat və Kremlin propaqanda maşınlarından biri, Dumanın müdafiə komitəsinin keçmiş müavini Aleksandr Şerin açıqlama verərək Azərbaycan və Yaponiyanı “İsgəndər” və “Kalibr” rakertləri ilə təhdid ediblər. Fikrimcə, son bir həftə ərzində Rusiyadakı bəzi dairələr tərəfindən ölkəmizə qarşı səsləndirilən belə açıqlamalar məqsədli şəkildə atılan addımların tərkib hissəsidir.

Ukrayna bataqlığında 5 həftədən çoxdur boğulan Rusiya ordusunun bundan sonra hələ uzun müddət özünə gələ bilməyəcəyini anlamaq istəməyən bəzi rusiyalı şəxslər Azərbaycana qarşı səsləndirdiyi belə absurd təhdidlərlə yalnızca özünə ziyan gətirə bilər.

Rusiya öz təhlükəsizliyini qorumaq istədiyi kimi digər dövlətlər də öz maraqlarını qoruyurlar. Şerinin açıqlaması həm də onu göstərir ki, İkinci Qarabağ savaşı zamanı “İsgəndər” raketlərinin Ermənistana verilməsi ilə bağlı Rusiya tərəfinə ünvanlanan sualın hələ də cavabsız qalması məhz bundan qaynaqlanır.

Aleksandr Şerinə görə, hansı Rusiya rəsmisi açıqlama verəcək və onun fikirlərinin yanlış olduğunu bildirəcək?!”.шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
23 11 2025
23 11 2025
23 11 2025
23 11 2025
23 11 2025
23 11 2025
23 11 2025
23 11 2025
23 11 2025
23 11 2025
23 11 2025
23 11 2025
23 11 2025
23 11 2025
22 11 2025
22 11 2025
22 11 2025
22 11 2025
22 11 2025
22 11 2025
22 11 2025
22 11 2025
22 11 2025
22 11 2025
22 11 2025
22 11 2025
22 11 2025
22 11 2025
22 11 2025
22 11 2025