Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Dünya (4-04-2022, 18:06)
Rusiya-Ukrayna müharibəsi nə zaman bitəcək? - Politoloq

 Fevralın 24-də başlayan Rusiya-Ukrayna müharibəsində yüzlərlə insan öz həyatını itirib. İki aya yaxındır davam edən bu müharibənin təəssüf ki, hələ də qalib və məğlub tərəfləri müəyyənləşməyib. Müddət uzandıqca isə tərəflərin aqressiyası daha da artır.

Bəs görəsən, bu müharibə nə zaman yekunlaşacaq?
Mediatv.az-ın məlumatına görə, mövzu ilə bağlı KONKRET.az-a danışan politoloq Elçin Mirzəbəyli bildirib ki, Rusiya təkcə Ukraynanın siyasi hakimiyyətinə deyil, eyni zamanda Ukrayna xalqına da təzyiq edir:

“Müharibənin nə üçün bitmədiyi faktı ortadadır. Rusiyanın Ukraynaya qarşı irəli sürdüyü açıq və gizlin tələbləri var. Bu tələblərin bir hissəsi ilə bağlı Ukrayna öz mövqeyini ifadə edib. Açıqlanan tələb mahiyyət etibarilə Krımla bağlı olan məsələdir. Putin Krımın Rusiya ərazisi kimi tanınmasını tələb edir. Bununla yanaşı açıqlanmayan digər tələblər də var. Ukrayna unitar dövlətdir. Əgər Luqansk və Donetskə hər hansı bir formada status verilərsə, Ukrayna avtomatik olaraq federativ respublikaya çevrilir. Bu isə konstitusiya dəyişikliyi tələb edir ki, belə olan halda referendum keçirilməlidir. İndiki şəraitdə Ukrayna Prezidenti referenduma heç bir halda təminat verə bilməz. Çünki xalqın iradəsi ilə həll olunacaq məsələyə siyasi rəhbərliyin təminat verməsi mümkün deyil. Yəni Rusiyanın təzyiqləri təkcə Ukrayna hakimiyyətinə yox, eyni zamanda Ukrayna xalqına qarşıdır və qəbuledilməz məsələdir”.

Politoloq müharibənin nə vaxt yekunlaşacağına dair də proqnozlar səsləndirdi:

“Müharibə başlamazdan əvvəl Rusiyanın Donetsk və Luqansk ərazilərini ələ keçirdikdən sonra danışıqlara başlayacağı gözlənilirdi. Amma proseslər tamamilə fərqli istiqamətdə cərəyan etdi və həmin bölgələrə aid olmayan ərazilər də Rusiya tərəfindən işğal olundu. Ola bilər ki, Rusiya ilkin versiyaya qayıdaraq Luqansk və Donetsk ərazilərini tam nəzarəti ələ keçirmək üçün hərbi əməliyyatlar keçirsin. Krımətrafı ilə bağlı müəyyən addımlar da atıla bilər. Lakin prosesi birtərəfli formada qiymətləndirmək çox çətindir. Bütün hallarda rus qoşunları Ukrayna ərazisində qaldıqca və sanksiyalar sərtləşdikcə öz ölkəsinin iqtisadiyyatına və hərbi gücünə mənfi təsir edir. Aktiv döyüş əməliyyatları yenidən bərpa olunarsa, müharibə yay aylarına qədər uzana bilər. Lakin Rusiyanın geri çəkilməsi sadəcə manevr xarakteri daşımırsa və reallığı əks etdirirsə, yaxın bir ay ərzində hərbi əməliyyatların dayandırılması ilə bağlı müəyyən irəliləyiş əldə oluna bilər”.шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
23 11 2025
23 11 2025
23 11 2025
23 11 2025
23 11 2025
23 11 2025
23 11 2025
23 11 2025
23 11 2025
23 11 2025
23 11 2025
23 11 2025
23 11 2025
23 11 2025
22 11 2025
22 11 2025
22 11 2025
22 11 2025
22 11 2025
22 11 2025
22 11 2025
22 11 2025
22 11 2025
22 11 2025
22 11 2025
22 11 2025
22 11 2025
22 11 2025
22 11 2025
22 11 2025