Dünya (2-04-2022, 15:42)
Peskov: “Putinlə Lukaşenkonun unikal münasibətləri var”
Rusiya prezidenti Vladimir Putin və Belarusun dövlət başçısı Aleksandr Lukaşenko öz ölkələrinin maraqlarını çox sərt şəkildə müdafiə edə bilərlər, lakin onlar bir-birini başa düşür və dostluq dialoqunu davam etdirirlər.Mediatv.az xəbər verir ki, bunu Rusiya dövlət başçısının mətbuat katibi Dmitri Peskov şənbə günü “Belarus-1” telekanalına müsahibəsində deyib.
"Aleksandr Qriqoryeviç bizim prezidentimizlə tamamilə unikal münasibətdədir. Onların həqiqətən mükəmməl münasibəti var", - Kremlin sözçüsü əlavə edib.
Peskov Ukrayna ilə müharibəni nəzərdə tutaraq, “mən əminəm ki, hazırda Ukraynada baş verənlərə görə Aleksandr Qriqoryeviçin də ürəyi Vladimir Vladimiroviçin ürəyindən az ağrımır” söyləyib.
Eyni zamanda, Rusiya dövlət başçısının mətbuat katibi prezidentlərin qarşılıqlı anlaşmasına diqqət çəkib:
"Onlar da fikir ayrılıqlarını anlayırlar. Baxmayaraq ki, onlar bəzən çox sərt danışırlar, çünki hər iki ölkənin öz maraqları var. Amma prezidentlər üçün əsas olan həmişə dostluq dialoqunun davamıdır”.
Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
23 11 2025
23 11 2025
23 11 2025
23 11 2025
23 11 2025
23 11 2025
23 11 2025
23 11 2025
23 11 2025
23 11 2025
23 11 2025
23 11 2025
23 11 2025
23 11 2025
22 11 2025
22 11 2025
22 11 2025
22 11 2025
22 11 2025
22 11 2025
22 11 2025
22 11 2025
22 11 2025
22 11 2025
22 11 2025
22 11 2025
22 11 2025
22 11 2025
22 11 2025
22 11 2025


























