Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Dünya (31-03-2022, 12:32)
"Qazprom” şirkəti Avropaya qaz tədarükünün dayandırılması ssenarisi üzərində işləyir

 Rusiyanın "Qazprom” şirkəti Avropaya qaz tədarükünün dayandırılması ssenarisi üzərində işləyir.
Mediatv.az xəbər verir ki, bu haqda "Kommersant” qəzeti yazıb.

Qəzet öz mənbələrinə istinadən bildirir ki, Rusiya "dost olmayan” ölkələrə qaz ixracının dayandırılması və belə bir addımın hansı nəticələr verəcəyini qiymətləndirir.

Xatırladaq ki, ölkə Prezidenti Vladimir Putin Rusiyanın Mərkəzi Bankına, "Qazprom”a və hökumətə Avropaya satılan qazın pulunun rublla ödənişinin təşkili haqqında göstəriş vermişdi. Bununla bağlı ödənişlərə martın 31-də başlanılacağı nəzərdə tutulurdu.

Amma prezidentin mətbuat katibi Dmitri Peskov bir gün əvvəl bəyan edib ki, rus qazının satışının rublla ödənişi martın 31-dən həyata keçirilməyəcək.

Qeyd edək ki, ABŞ, Yaponiya, Almaniya, Böyük Britaniya, Fransa, İtaliya və Kanadanın daxil olduğu G7 ölkələri rublla ödəniş tələbinə əməl etməyəcəkləri haqqında açıqlama veriblər. Onların fikrincə, bu tələb ikitərəfli müqavilənin birtərəfli pozulması anlamına gəlir.

Almaniyanın iqtisadiyyat naziri deyib ki, alınan qazın pulu müqavilədə göstərilən valyuta ilə ödəniləcək.шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
23 11 2025
23 11 2025
23 11 2025
23 11 2025
23 11 2025
23 11 2025
23 11 2025
23 11 2025
23 11 2025
23 11 2025
23 11 2025
23 11 2025
23 11 2025
23 11 2025
22 11 2025
22 11 2025
22 11 2025
22 11 2025
22 11 2025
22 11 2025
22 11 2025
22 11 2025
22 11 2025
22 11 2025
22 11 2025
22 11 2025
22 11 2025
22 11 2025
22 11 2025
22 11 2025