Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Dünya (30-03-2022, 23:12)
Kiyev də, Moskva da Abramoviçə ehtiyac duyur. Niyə?

 Rusiyalı oliqarx Roman Abramoviç nədən Moskva ilə Kiyev arasında vasitəçilik edir və nədən hər iki tərəf onun vasitəçiliyinə ehtiyac duyur?
Axar.az xəbər verir ki, bu suala cavab verməyə çalışan politoloq Elxan Şahinoğlu Roman Abramoviçin rusiyalı oliqarxlar arasında xüsusi yer tutduğunu qeyd edib.
“O, 1990-cı illərin əvvəllərində varlandıqdan və oliqarxa çevrildikdən sonra Londonda qərar tutdu, ingilislərin rəğbətini qazanmaq üçün məşhur futbol klubu “Çelsi”ni aldı. Bu klubun elə böyük uğurları yox idi. Ancaq elə ki, işin başına Abramoviç keçdi və rusiyalı milyarder sandığın ağzını açdı, klubun uğurları ildən-ilə artdı. Rusiya Prezidenti Vladimir Putin Abramoviçi Londona elə-belə buraxmadı. O, Abramoviçi bir ara Rusiyanın ən ağır bölgələrindən birinə – Çukotkaya qubernator təyin etdi. Putinin məqsədi o idi ki, Abramoviç yığdıqlarının bir hissəsini Rusiyanın soyuq bölgəsi üçün də xərcləsin. Abramoviç simiclik etmədi, bölgəyə xeyli yatırım qoydu. Abramoviç Çukotkaya kifayət qədər pul xərclədikdən sonra Putindən onu buraxmasını istədi. Putin ona mane olmadı və Abramoviç bir daha dəbdəbəli Londondan soyuq Çukotkaya getmədi”, - politoloq bildirib.
Onun sözlərinə görə, Rusiya Ukraynaya qarşı işğalçı müharibəyə başladıqda Abramoviçin də ağır günləri başladı. O, tələsik “Çelsi” ilə vidalaşdı, onun Qərbdəki bank hesabları donduruldu, bahalı yaxtaları sanksiya altına düşdü:
“Abramoviç bu ağır vəziyyətdə ağlını işə saldı və topladığı pulları və mülkləri itirməmək üçün Kiyevlə Moskvaya vasitəçiliyini təklif etdi. Bu təklif Ukrayna Prezidenti Vladimir Zelenskinin xoşuna gəldi və təsadüfi deyil ki, o, Abramoviç üçün Qərbə ağız açdı, ona qarşı sanksiyalar tətbiq olunmamasını istədi. Putin də Abramoviçin vasitəçiliyinə etiraz etmədi. Kiyevlə danışıqlar aparmaq üçün Putinə rəsmi kanallarla yanaşı, qeyri-rəsmi kanallar da lazımdır və Abramoviç həmin funksiyasını yerinə yetirməyə başladı.
Roman Abramoviç İstanbuldakı danışıqlarda müşahidəçi kimi iştirak edib. Türkiyə Cümhurbaşqanı Rəcəb Tayyib Ərdoğanın əlini sıxan Abramoviç ona minnətdarlığını bildirib. Türkiyə mediası günlərdir bu haqda yazır, reportajlar yayımlayır. Rusiya ilə Ukrayna arasında hər hansı razılaşma əldə olunarsa, bunda Abramoviçin də kiçik rolu olacaq. Abramoviç düşünür ki, bəlkə onun bu roluna görə Qərb ondan əl çəkər və o banklardakı hesablarını, London və digər şəhərlərdəki mülklərini geri qaytara bilər...”шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
23 11 2025
23 11 2025
23 11 2025
23 11 2025
23 11 2025
23 11 2025
23 11 2025
23 11 2025
23 11 2025
23 11 2025
23 11 2025
23 11 2025
23 11 2025
23 11 2025
22 11 2025
22 11 2025
22 11 2025
22 11 2025
22 11 2025
22 11 2025
22 11 2025
22 11 2025
22 11 2025
22 11 2025
22 11 2025
22 11 2025
22 11 2025
22 11 2025
22 11 2025
22 11 2025