Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Dünya (29-03-2022, 12:49)
KİV: "Ərdoğan Rusiya nümayəndələri ilə Qarabağdakı vəziyyəti müzakirə edə bilər"

 Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Ukrayna ilə danışıqlar üçün İstanbulda olan Rusiya nümayəndə heyəti ilə Qarabağdakı vəziyyəti də müzakirə edəcəyi istisna deyil.
Mediatv.az TASS-a istinadən xəbər verir ki, bunu diplomatik mənbə bildirib.
“Düzdür, bunun Ukrayna tərəfinə aidiyyatı yoxdur. Amma, ola bilsin, Ərdoğan Rusiya nümayəndə heyəti ilə Qarabağda durumun gərginləşməsinə dair də fikir mübadiləsi aparsın”, - mənbə vurğulayıb.
Qeyd edək ki, hazırda Türkiyənin İstanbul şəhərində Ukrayna və Rusiya nümayəndə heyətlərinin növbəti görüşü keçirilir. Ukrayna nümayəndə heyətinə Prezident Ofisi rəhbərinin müşaviri Mixaylo Podolyak, müdafiə naziri Oleksiy Reznikov, hakim “Xalqın xidmətçisi” Partiyasının Ali Radadakı deputat fraksiyasının rəhbəri David Araxamiya daxildir.
Rusiya nümayəndə heyətinə Prezident Vladimir Putinin köməkçisi Vladimir Medinski başçılıq edir. Heyətin tərkibinə xarici işlər nazirinin müavini Andrey Rudenko, Moskvanın Belarusdakı səfiri Boris Qrızlov, Dövlət Dumasının Beynəlxalq Komitəsinin rəhbəri Leonid Slutski və müdafiə nazirinin müavini Aleksandr Fomin daxildir.
Müzakirələrin 2 gün davam edəcəyi gözlənilir.шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
23 11 2025
23 11 2025
23 11 2025
23 11 2025
23 11 2025
23 11 2025
23 11 2025
23 11 2025
23 11 2025
23 11 2025
23 11 2025
23 11 2025
23 11 2025
23 11 2025
22 11 2025
22 11 2025
22 11 2025
22 11 2025
22 11 2025
22 11 2025
22 11 2025
22 11 2025
22 11 2025
22 11 2025
22 11 2025
22 11 2025
22 11 2025
22 11 2025
22 11 2025
22 11 2025