Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Dünya (26-03-2022, 16:37)
Çexiya Ukraynaya görə əlavə hərbi texnika almağı planlaşdırır

 Ukraynadakı vəziyyəti nəzərə alan Çexiya döyüş qabiliyyətini təcili surətdə möhkəmləndirmək üçün qərb istehsalçılarından hərbi texnika almağı planlaşdırır.
Bu barədə ölkənin müdafiə naziri Yana Çernoxovaya istinadən “Mladá fronta DNES” qəzeti yazıb.
“Artıq bəllidir ki, Ukraynadakı hadisələr səbəbindən dünya silah bazarında tələb təklifi xeyli üstələyir. Çexiyanın əvəzindən deyə bilərəm ki, əgər bizim strateji sənədlərdə qeyd olunanlara uyğun əlçatan texnikanı tez tapsaq, o zaman çox da düşünməyəcəyik. Nəyisə almaq üçün imkan yaranan kimi mən dərhal büdcənin dəyişdirilməsi üçün hökumətə Müdafiə Nazirliyinin təklifini təqdim edəcəyəm”, - Çernoxova deyib.
Onun sözlərinə görə, Çexiya imkan dairəsində ABŞ-dan daha çox hərbi helikopterlər alacaq. ABŞ istehsalçısı ilə danışıqlar artıq başlayıb. Praqa ilə Vaşinqton arasında imzalanmış əvvəlki müqaviləyə görə, respublika HHQ-si 12 helikopter almalıdır, ancaq Ukraynada müşahidə edilən vəziyyət bunun ölkəni müdafiə etməyə yetərli olmayacağı qənaətini yaradır.
Qəzet əlavə edib ki, bunlardan başqa, qırıcı təyyarələr, zirehli texnikalar da alına, eləcə də milli ordunun müqavilə əsasında şəxsi heyətinin sayı artırıla bilər.шаблоны для dle 11.2

Xəbər lenti
15 05 2024
15 05 2024
15 05 2024
15 05 2024
15 05 2024
15 05 2024
15 05 2024
15 05 2024
15 05 2024
15 05 2024
15 05 2024
14 05 2024
14 05 2024
14 05 2024
14 05 2024
14 05 2024
14 05 2024
14 05 2024
14 05 2024
14 05 2024
14 05 2024
14 05 2024
14 05 2024
14 05 2024
14 05 2024
14 05 2024
14 05 2024
14 05 2024
14 05 2024
14 05 2024