Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Dünya (27-11-2014, 12:28)
“Rusiya ilə bağlı vəziyyət dumanlıdır”

“Rusiya 2019-2020-ci ilə kimi sanksiyalara qarşılıq olaraq Qərbdən idxal etdiyi məhsulları öz ölkəsində istehsal edə bilər. Bunu bir neçə dəfə Putin və Medvedev də dilə gətirib”

 

Bu sözləri Axar.az-a açıqlamasında iqtisadçı ekspert İlham Şaban deyib.
 
“Ancaq məsələ bundadır ki, bu vaxtadək Rusiya yaşamalıdır. Bu, indiki zamanda çox çətindir. Çünki son 14 ildə neftin yüksələn xətlə inkişaf etdiyi ancaq 2008-ci ildə bir il müddətində aşağı düşməsi fonunda olmuşdu. Rusiya öz iqtisadiyyatını dirçəltmək üçün böyük kapital qoyuluşu etməlidir. Bunun üçün ilk növbədə 70 milyardlıq xarici borcunu ödəməlidir. İkincisi, əgər xarici texnologiyaları özünə cəlb etməsə, xarici şirkətlərlə birləşməsə bunları nə hesabına edəcək? 1970-ci ildə Sovet İttifaqı neftin qiymətinin artması fonunda iqtisadiyyatın müxtəlif sahələrinə çox milyardlı investisiyalar etmişdi. Ancaq 1985-ci ildə borclar yarandı, 1990-cı ildə 120 milyardlıq borcla iqtisadiyyatı çökdü. Nəticədə ittifaq da dağıldı. 

 

Rusiya ilə bağlı hələ ki vəziyyət dumanlıdır. Sanksiyalar cəmi 5 aydır ki tətbiq olunub. Real olaraq 1 il vaxt keçməlidir ki, nəticəni görək. Rusiyanın Asiya-Çin siyasəti ölkənin daxili siyasətidir. Təqribən 2-3 il müddətində bunun nəticələri olacaq. Mərkəzi Asiyaya baxanda vaxtilə 2009-cu ildən sonra Rusiyanın iqtisadi baxımdan bu məkandan çıxması ilə Çinin qısa bir müddətdə, 2010-cu ildən sonra o boşluğu öz əlinə almasını müşahidə etdik”.
шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
22 11 2024
22 11 2024
22 11 2024