Dünya (13-11-2014, 13:47)
Sarışın gözəlçənin qatili kim idi?
ABŞ-ın kitab mağazalarında Cey Marqolis və Riçard Baskinin müəllifi olduğu “Merilin Monronun qətli – cinayət işi bağlandı” adlı jurnalist araşdırması kitabı peyda olub
Onlar məşhur Hollivud gözəlçəsi Merilin Monronun “qızıl iynə” inyeksiyası nəticəsində dünyasını dəyişdiyini təsdiq edirlər. Jurnalistlərin fikrincə, qətlin sifarişçisi Bobbi Kennedidir. Robert qorxurdu ki, Merilin onun özü və qardaşı Con Kennedi ilə sevgi macəraları barədə kimlərəsə danışa bilər.
Hollivud ulduzu Merilin Monronun adı dəfələrlə qalmaqallı xronikalarda hallanmışdır. Hətta onun ölümü də bir çox müəmmalarla əhatələnib.
Bu ölüm barədə onlarla kitab yazılıb və rəsmi versiyaya görə, aktrisa böyük miqdarda yuxu dərmanı qəbul etdiyindən dünyasını dəyişmişdir. Lakin kino-ulduzun ölümünü araşdıranların bir çoxu onun qətlə yetirildiyini bildirirlər.
Müəlliflər Merilinin şəxsi psixiatr həkimi Qrinsonun da bu cinayətin iştirakçısı olduğu qənaətindədirlər.
Merilin Monro 1962-ci il avqust ayının 4-ü gecəsi dünyasını dəyişmişdir. Həmin gün onu telefon zəngləri ilə təngə gətirmişdilər. Naməlum qadın səsi bunları təkrar edirdi: “Bobbini rahat burax, fahişə!” O da məlumdur ki, aktrisa bir neçə dəfə otelə Robert Kennediyə zəng vursa da, onun cəhdləri boşa çıxmışdı.
Con Kennedinin səlahiyyətli nümayəndəsi, prezidentin bacısı Patrisiyanın əri Piter Louford Merilinin zəngindən bərk narahat idi. Merilin Bobbinin (Robert Kennedi) onun yanına gəlib münasibətlərin pozulması barədə etirafını bildirməyi tələb edirdi. Bu söhbətdən Piter belə qərara gəlir ki, Merilin hər bir addımı atmağa, hətta mətbuata müraciət etməyə də hazırdır.
Piter Louford uzun illər Bobbinin həmin gün Koliforniyada olduğunu bildirsə də, onu Los-Ancelesdə görən şahidlər də tapılır.
Həmin faciəli gün Merilinin mənzilində gizli mikrofonlar quraşdırılmışdı. Detektivlər ölümündən sonra həmin lent yazısına qulaq asmışdılar. Lentdə Merilinlə Robert Kennedinin söhbəti yazılmışdı. Orada söhbət Robertin verdiyi vəddən gedirdi. Merilin Robertin onunla evlənmək istəmədiyinin səbəblərini söyləməyi tələb edir, Bobbi isə bu zaman "Lənət şeytana, görəsən haradadır?!" - deyə haradasa gizli quraşdırılmış “juku” (mikrofonu) tapmağa çalışırdı. Bu audioyazılar sonralar istintaq işindən müsadirə edilmişdi.
Onun ölümü ətrafında dolaşan böhtanlar olduqca çoxdur. Və əlbəttə ki, bəzi adamlar Merilinin Kennedi qardaşları ilə əlaqəsinin ifşa olunmamağı xatirinə Robert Kennedi və Piter Louford tərəfindən qətlə yetirildiyini də bildirirdilər.
Onların münasibətləri barədə Donald Vulf adlı prodüser “Pari-matç” jurnalına verdiyi müsahibədə söyləyir:
“Merilin Con Kennedi ilə 1946-cı ildə tanış olmuşdu. Mən əminəm ki, 1947-ci ildə onların övladı dünyaya gəlmişdir. Merilini yaxından tanıyanların da bir neçəsi onun məhz həmin dövrdə övladı doğulduğunu təsdiq edirdilər. Uzun illər onların arasında olduqca qızğın, xüsusi münasibətlər yaşanmışdır. Onları birlikdə tez-tez Malibudakı “Xollidey İnn” və ya Mayamidəki “Fontenblo” motellərində görürdülər. Merilin onu “böyük kələkbaz” adlandırır, Kennedi isə aktrisaya ədəbsiz lətifələr danışmaqdan həzz alaraq əlini onun belinə qoymaqla intriqalı atmacalar atırdı. Sayıq mühafizəçilərin diqqətini yayındırmaq üçün Merilin müxtəlif cür hiylələr icad edirdi. Ağ Evə zəng vurduqda əvvəlcə prezidentin şəxsi katibi Kenni Odonnellə əlaqə saxlayır, sonra Qrin adlı xanım “kodu” söyləyirdi. Bu münasibətlər Kennedinin ad gününə qədər davam edir. Sonra onlar bir daha görüşmürlər.”
N.N. Mikryukovun qələmə aldığı “XX əsrin ən gurultulu qalmaqalları” əsərindən:
“Merilin Conun ondan başqa digər gözəlçələrlə də sevgi romanları yaşadığını, ümumiyyətlə, hər cür rəngli yubkaların dalınca süründüyünü bilirdi. Conun izdivacdan kənar məşuqələri siyahısında hamıya məlum olanlar: gözəllik iahzadəsi İnta Arvadedgeys, striptizçi şansonetkalar- Tempest Storm və Bleya Starr, məşhur fahişələr- Slozi Çant və Meri Novotnı, aktrisalar – Cin Tirni, Ceyn Menefits və Eydci Dikenson idi. Bütün bunlardan savayı Conun ötəri, yəni birdəfəlik sevgi macəraları da yuxarı dairələrdə pıçıltılı mövzular dairəsində eşidilirdi. Belə ki, Kennedinin inauqurasiyası axşamı təşkil olunan ziyafətə aktyor Piter Louford özü ilə altı cavan, gözəl aktrisa gətirmiş və onları sıraya düzərək: “ hansını bəyənirsənsə sec”, - deyəndə, yeni prezident gələcək ulduzlardan ikisinin qoluna girərək istirahət otağına aparmışdı”.
Vulfun dediyinə görə, Merilin Conun prezident seçilməsi xəbərini eşidərək şok vəziyyətinə düşmüşdü. Bu xəbər onun bütün ümidlərinin alt-üst olması demək idi və Merilin həmin dövrdə çox gərgin depressiyaya uğramışdı.
Monronun Robert Kennedi ilə romanı isə 1961-ci ildə başlayır. Görünür, Conu itirdikdən sonra Merilin onun qardaşı ilə yaxınlıq etməyə cəhd göstərirmiş.
1962-ci ilin 4 avqustuna dönək. Robert və Piterin gedişindən sonra Merilin depressiyaya qapanır və saat 16.30-da öz psixiatoru Qrinsona zəng vurur. Tezliklə oraya gələn Qrinson iki saat yarım müddətə qədər aktrisa ilə söhbətlər aparır.
Kennedi qardaşlarının bacısı Patrisiyanın əri aktyor Piter Louford: “Bobbi Kennedi hər şeyi ölçüb biçmədən, hadisələrin sonunu dərk etmədən bu işə qol qoyub.”
Həmin gün Piter Louford təşkil etdiyi nahara Merilini də dəvət etmişdi. Saat 8-30 dəqiqədə Merilin ona telefonla zəng edərək, özünü pis hiss etdiyini və ziyafətə gələ bilməyəcəyini söyləyir. Piteri bu xəbər bərk sarsıdır və bir qədər sonra Merilin onun telefon zənglərinə cavab vermədikdə narahatlığı bir qədər də artır. O çox gözəl anlayırdı ki, Merilinin ruh düşkünlüyünə qapılmasının bir çox səbəbləri var. Piterin yerində başqası olsaydı, tələsik maşına əyləşib özünü ona çatdırardı.
Gecəyarısı Merilinin xidmətçisi Yunis Murrey onu çarpayısında huşsuz vəziyyətdə aşkar edir. Ona tibbi yardım göstərilməli idi. Telefonla Monronun mətbuat katibi Artur Cekobs ora dəvət edilir. Az sonra bu barədə Piter Louford da məlumatlandırılır. Yəqin ki, Piter də öz növbəsində Cona və ya Robertə zəng vurur. Hadisələrin axarı onu göstərirdi ki, Piter Bobbiyə vaxtında Los-Ancelesi tərk etmək məsləhətini verir. Çünki nə olursa-olsun, heç bir dəlil-sübut jurnalistləri Kennedi qardaşlarının izinə salmamalı idi...
Artur Cekobs Merilin Monronun evinə çatdıqda Təcili Yardım artıq oradaydı. “Təjili”də çalışan Ceyms Xollun dediyinə görə, Merilin qonaq otağındakı çarpayıda uzanmışdı. Huşu özündə olmasa da, hələ sağ idi.
Xollun xatirələrindən: “Onun yerini dəyişmək lazım idi. Belə ki, süni nəfəs vermək üçün xəstə bərk döşəmə üzərində uzanmalıdır. Onu döşəməyə uzatdıq və bu zaman... o, bizim əlimizdən sürüşüb yerə dəydi. Bu dəhşətli hadisəni heç vaxt unutmayacağam. Məhkəmə eksperti də onun bədəninin döşəməyə dəydiyi yerində qançır aşkar etdi. Qançır meyit üzərində əmələ gələ bilməzdi. O yüz faiz hələ sağ idi.
Mən Merilinə süni nəfəs verdikcə, o, buna reaksiya göstərirdi. Merilin özünə gəldikdən sonra mənzilə həkim daxil oldu. Bu, doktor Qrinson idi və özünü çox peşəkarcasına aparırdı. Həkim onun sinəsini əlləri ilə basaraq qoluna iynə vurdu.
Həkimin hərəkətləri mənə bir qədər qəribə görünürdü. O xəstə ilə bir növ saymazyana rəftar edirdi. Sonra mən küt bir səs eşitdim. Bir dəqiqə sonra isə Merilin artıq ölmüşdü”.
Merilinin ölümündən sonra Piter Louford polisə izahat verməkdən boyun qaçıraraq Kennedinin ailəsinə məxsus iqamətgahda gizlənirdi. Merilinin qanında 4,5 qram pentobarbital və 8 qram xloralhidrat aşkar edilir. Bu doza ilə 15 nəfərdən 26 nəfərədək insanı o dünyaya göndərmək olardı.
Donald Vulfun dediklərindən: “İnsan orqanizmi bu miqdarda narkotik maddəni “həzm etməyə” qadir deyil. Aktrisanın mədəsinin müayinəsi zamanı orada heç bir şey aşkar olunmur. Hərçənd ki, onun qanında adı çəkilən narkotiklərin miqdarı olduqca çox idi! Buradan da belə nəticə çıxarmaq olar ki, bu preparatlar onun bədəninə yeridilmişdir. Amma hamıya məlumdur ki, Merilin Monro heç vaxt öz-özünə iynə vurmurdu”.
34 il yeddi qıfıl arxasında gizlədildikdən sonra həmin vaxt ( 1962 –ci ildə) Los-Anceles prokurorunun köməkçisi vəzifəsində çalışan Con Mayer deyir: “Ola bilsin Merilin Monronun ölümünün sirləri heç zaman təfərrüatı ilə açıqlanmayacaq. Amma XX əsrin ən gözəl qadınının intihar etməsi mənimlə məhkəmə - tibb eksperti Tomas Naquçidə böyük şübhələr doğurdu. Merilinin bədənində inyeksiya izləri aşkarlanmadı. Onun mədəsində öldürücü qədər narkotik yox idi. Anal dəliyi isə zədələnmişdi və açıq çəhrayı rəngə boyanmışdı. Məşhur ekspertlərin fikrincə, bu, imalə vasitəsilə rektal zəhərlənməyə dəlalət edirdi. Əminəm ki, Merilinin xidmətçisi Yunis Mürrey həmin gecə çox şey görüb. İmalə Merilin yuxu həblərini atıb yatdıqdan sonra edilib”.
Merilin Monronun dəfn mərasimi avqustun 6-na təyin olunur. Dəfnin təşkilatçısı Co Maco (Merilinin keçmiş əri) mərhumənin məşhur dostlarının heç birinin orada iştirak etməsinə icazə vermir. Sonralar isə bu hərəkətinə belə açıqlama vermişdir: “Belələri olmasaydı, Merilin də sağ qalardı.
Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
22 11 2024
22 11 2024
22 11 2024