Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Problem (31-07-2014, 14:56)
Sevgisinə görə oğlundan imtina edən məşhur

 


Lui de Fünesin doğulmasından 100 il keçir

 

 31 iyul - bu gün tarixi fransız komiki Lui de Fünesin dünyaya gəlməsindən 100 il ötür. ANS PRESS-in məlumatına görə, Lui de Fünes Fransanın paytaxtı Parisin yaxınlığındakı Kurbevyada doğulub. O, aktyor olana qədər çox peşələri sınaqdan keçirib və bir balaca cazmen pianoçusu kimi uğur qazanıb. Müharibə illərində Paris kabaresində çıxış edib və məhz orada 40 il birlikdə həyat sürdüyü Gi de Mopassanın nəvəsi Janna Bartelemi ilə tanış olub.
Lui ilə Jannanın münasibətlərində yeganə problem onda idi ki, bu tanışlığa qədər Lyu artıq başqa qadınla rəsmi nigahda idi. Düzdür, o, həyat yoldaşı ilə çoxdan ayrılmışdı - o qadın başqasına ərə getmişdi. Onların bu evlilikdən Daniel adında oğulları vardı. Arvadı bir şərtlə boşanmağa razılıq verır: Lui bundan sonra heç vaxt uşaqla ünsiyyət yaratmamalıdır. De Fünes onun bu tələbi ilə razılaşmaq məcburiyyətində qalır. Bu ilk oğul onun bioqrafiyasında bir sətrlə xatırlanır. Yeni arvadı Fünesin qayğısına çox qalır. Məhz Janna onun üçün aktrisa Klod Jansakı axtarıb tapmışdı. Həmin aktrisa bir çox filmlərdə aktyorun həyat yoldaşı və sevgilisi obrazlarını yaratmışdı. Yeri gəlmişkən, Jansak hələ də sağdır və onun 87 yaşı var. 
XX əsrin dahi fransız komiki ekranda isrterikliyi, hiyləgərliyi, dalaşqanlığı və xəsisliyi canlandırırdı. Lui de Fünesin həyatı haqqında danışarkən bunların heç birindən söz etmək olmazdı. Onun haqqında "Məndən çox danışmayın, uşaqlarım mənim!" adlı kitab yazan ikinci nigahından olan oğulları Patrik və Olivye atalarını vicdanlı, sülsevər və onunla heç vaxt darıxmayan insan kimi xatırlayırlar. O, təbiətə valeh idi. Heyvanlar və bitkilər onu heyran edirdi.
"Parkımızın 90 hektarı ona həddindən artıq çox gəlmirdi, nəvəsi Jülinin doğulmasından sonra daha da genişləndirmək qərarına gəldi. Toyuqlar üçün hin və dovşanlar üçün qəfəslər tikdirdi ki, uşaqlar heyvanlarla oynaya bilsinlər, ekoloji cəhətdən təmiz yumurta ilə qidalansınlar. Nəvəsi üçün cürbəcür nağıllar yaradırdı, dovşanların onunla danışdığına Jülini inandırmışdı." - deyə Olivye atası haqqında xatirələrində bildirir.
Xanım Jüli adlandırdığı nəvəsini özünün düşüncələrində qurduğu dünyası ilə maraqlandırırdı. Fünes bütün rollarını sevirdi, ancaq baba obrazı onun üçün ən əhəmiyyətlisi idi. O, daima qapıların bağlı olub-olmamasını, pilləkənlərə açılan qapıların açar yerlərini tez-tez yoxlayırdı, körpələrin əmziklərinin təmizliyini, elektrik cərəyanı ilə bağlı bütün cihazların uşaqlar üçün təhlükəsizliyinə nəzarət edirdi. Yanğınsöndürən, polis, təcili yardımın nömrələri bütün telefon aparatlarına yapışdırılmışdı. 
Lui de Fünes insanlarda pis tərbiyəni bağışlamırdı. Buna görə o, dahi fransız aktyoru Jan Qabenlə əlaqələrini kəsmişdi. Onlar birlikdə "Tatuirovkalı" komediyasına çəkilmişdilər. Qaben - yaşlı hiyləgər qoca tərəf müqabilini özündən çıxarmağa qərar verir. O, Luinin tab gətirmədiyi şeylərin siyahısını tutur və onunla zarafatlaşırdı. 
Fünes öz peşəsində çox fədakar idi. 25 oktyabr 1957-ci ildə anasının ölüm xəbərini eşidir, lakin tamaşaçılara hörmətindən tamaşanı təxirə salmır və səhnəyə çıxır. 
"Fantomas"ın çəkilişində epizodların birinin çəkilişi üçün uzun zaman əllərindən asılı qalır. Fünes çəkilişlərdə rejissorun bütün tələblərini danışıqsız yerinə yetirdiyinində bir neçə saat əllərində asılı qalmağa məcbur olur. Nəticədə səhəri günü o müstəqil şəkildə paltarını belə geyinə bilmir. Fünes bu zədəni bir neçə il müalicə etməli olur. 
1975-ci ildə Fünesə cənubi amerikalı diktatordan bəhs edən "Timsah"avantür komediyasında rol təklif edirlər. Rol fiziki güc tələb etdiyindən aktyor hər ehtimala görə həkim müayinəsindən keçir. Həkim ona, "Sizdə gənc ürəyidir!" deyir. Və müayinədən düz 3 gün sonra Fünes infarkt keçirir.
Xəstəxanada guya yaxşılaşdığı bir vaxtda, qəflətən ikinci infarkt baş verir. Bu Pasxa bayramında, tibbi personalın evdə bayram keçirdiyi bir saatda baş olur. Onu zamanında müalicə həkiminin evinə zəng edən xəstə baxıcısı xilas edir. Həkimlər sözün əsl mənasında Fünesi o biri dünyadan qaytarırlar. Bundan sonra onu ciddi pəhrizə otuzdururlar və həmişəlik kinoya çəkilməyi qadağan edirlər. Lakin aktyor kinoya qayıtmağı bacarır və daha bir neçə rol yaradır. 
Onun reallaşdırmağı layihələri də var. Beləki, Roman Polanski ilə işləmək Luinin arzusu idi, o biri də buna qarşı deyildi. Aktyorun səhhətinin pisləşməsi buna imkan vermədi. Aktyor ekranda yaşından çox böyük görünürdü. 
Aktyor 27 yanvar 1983-cü ildə ömrünün 69-cu ilində insultdan ölür.
шаблоны для dle 11.2

Xəbər lenti
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
21 11 2024