Dünya (9-11-2014, 16:14)
Qüdsdə ayrılıq divarına dəlik açıldı - FOTO
Fələstinli aktivistlǝr Berlin Divarının dağıdılmasının ildönümü münasibətilə Qüdsdəki Ayrım divarında deşik açıblar.
Ayrım Divarı və Yəhudi məskunlaşanlara qarşı Müqavimət Komitəsının aktivistlǝri, şəhərin Bi’r Nabala bölgǝsi yaxınlarında Ayrım divarında deşik açaraq bölgəyə Fələstin bayrağı asıb.
Fələstinli aktivistlǝrdǝn biri, "Bu deşik, Fələstin torpaqlarını, İsrailli mühacirlərın mənfəətləri üçün ayıran Ayrım Divarının sonunun başlanğıcıdır. Bu divar, müasir dövrdə irqçi ayrılığın ifadəsidir" deyib.
İsrail, Ayrım divarını təhlükəsizlik səbəbi ilə Qərb sahillərindən və İsrail arasında 2002-ci ildə inşa etməyə başlamışdı.
Şərqi Almaniya vətəndaşlarının Qərbi Almaniyaya qaçmalarına əngəl olmaq üçün 13 Avqust 1961-ci ildə Berlində tikintisinə başlanan 46 km uzunluğunda Berlin Divarı, 9 noyabr 1989-cu ildə dağılıb. Həmin divar qərbdə illərlə "Utanc divarı" (Schandmauer) olaraq da xatırlanıb.