Dünya (28-07-2014, 13:25)
Qəzzada “bayram“
İsrail ordusu bu gün hələ ki Qəzza sektorunda heç bir hədəfə hücum etməyib, əks tərəfdən isə bir raket buraxılışı qeydə alınıb
Bunu RİA Novosti-yə İsrail ordusunun mətbuat xidmətinin əməkdaşı deyib.
İsrail hərbçilərinin Ramazan bayramı günlərində yalnız fələstinlilərin hücumlarına cavab verəcəyi bildirilir.
Qəzza sakinləri isə deyirlər ki, bazar günündən etibarən döyüşlərin intensivliyi xeyli azalıb: "Sərhəd rayonlarında azsaylı atışmalar qeydə alınıb. İsrail ordusu həmin ərazilərdə yeraltı tunelləri aşkarlayaraq məhv edir".
Fələstin Daxili İşlər Nazirliyinin yaydığı bəyanatda deyilir ki, mövcud sakitlik İsraillə əldə edilən razılaşmanın nəticəsi deyil. Nazirlik sakinləri ehtiyatı əldən verməməyə çağırıb.
Qeyd edək ki, İsrailin Qəzzada hərbi əməliyyatlara başlamasından etibarən mindən artıq fələstinli ölüb ki, onların da əksəriyyəti dinc sakinlərdir. İsrail isə 43 hərbçisini və 3 dinc sakinini itirib.
Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024