Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Dünya (8-11-2014, 18:04)
Rusiya tankları separatçılara dəstək verəcək

Lavrovla Kerrinin görüşü gözlənilir

 

“Frans-Press” agentliyinin xəbərinə görə, Kiyev bəyan edib ki, Rusiyadan gələn  onlarla tank və yük maşınları Kremlin dəstək verdiyi üsyançıların Ukraynadan qoparmaq istədiyi əraziyə daxil olub. Agentlik bildirir ki, bu xəbər NATO və ABŞ tərəfindən öz təsdiqini tapmayıb. 
Qeyd olunur ki, cümə axşamı eyni əraziyə 32 tank, 16 top, qoşunları daşıyan 30 yük maşını daxil olmuşdu. Bu bardə Ukrayna ordusunun mətbuat katibi Andrey Lusenko məlumat vermişdi.  
ABŞ Dövlət Departamentinin mətbuat katibi Cen Psaki deyib ki, Rusiyanın döyüş tankları, zirehli texnikası və yük maşınları cümə axşamı Ukrayna sərhədlərinə 25 km.yaxınlıqda görünüb. O bildirib ki, müstəqil mənbələrdən hələ bunu təsdiq edən olmayıb. 
“Əgər bu xəbər təsdiq olunsa, ABŞ Ukrayna ərazisinə bu cür müdaxiləni pisləyəcək. Bu, Rusiya və separatçılar tərəfindən də imzalanmış Minsk müqaviləsinin açıq şəkildə pozulması demək olacaq”.
Rusiya müdafiə naziri isə cümə günü bəyan edib ki, Rusiya qoşunlarının Ukrayna sərhədləri ətrafında hərəkəti barədə Qərbin iddiaları əsasızdır.
Bu arada isə Rusiya mediası bildirib ki, xarici işlər naziri Sergey Lavrov ABŞ dövlət katibi Con Kerri ilə Pekində keçiriləcək Asiya-Sakit Okean İqtisadi Əməkdaşlığı (APEC) təşkilatının tədbirində görüşəcəklər. Görüşün şənbə günü baş tutacağı gözlənilir və həmin görüşdə bu məsələlərin müzakirə olunacağı bildirilir. Onu da qeyd edək ki, ABŞ Rusiyaya xəbərdarlıq edib ki, Minck müqaviləsi pozulsa, Qərbin Rusiyaya tətbiq etdiyi sanksiyalar daha da genişlənəcək.
шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
24 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024