İranda son sutka ərzində 89 nəfər koronavirusdan ölüb.

Mediatv.az xəbər verir ki, bu barədə ölkənin Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyinin sözçüsü Sima Sadat Lari deyib. Onun sözlərinə görə, İranda indiyədək 62 397 nəfər pandemiyanın qurbanı olub.

Bundan əlavə, son sutkada 8751 nəfərdə koronavirusa yoluxma aşkarlanıb. Beləliklə, yoluxma faktlarının ümumi sayı 1 855 674-ə yüksəlib. Virus daşıyıcılarından 3928 nəfərin vəziyyəti ağır qiymətləndirilir.