“Ever Given” yük gəmisinə görə 25 neft tankeri də daxil olmaqla 370-ə yaxın gəmi Süveyş kanalından keçə bilmir.

Mediatv.az xəbər verir ki, bu barədə Süveyş kanalın şöbə müdiri Usama Rabia deyib. Onun sözlərinə görə, gəmini yerindən tərpətmək üçün mütəmadi iş görülür.

Qeyd edək ki, gəmi martın 24-də kanalın 151-ci km-liyində saya oturub. “Ever Given” yük gəmisinin uzunluğu 400 metrdir. O, 224 min ton yükgötürmə gücünə malikdir. Gəmi Çindən Niderlanda doğru hərəkət edirmiş.