Qırğızıstan və Özbəkistan dövlət sərhədinin bütün mübahisəli sahələrinə dair razılıq əldə etməyə nail olub.

Mediatv.az TASS-a istinadən xəbər verir ki, bu barədə Qırğızıstan Dövlət Milli Təhlükəsizlik Komitəsinin sədri, Sərhədlərin Delimitasiyası və Demarkasiyası üzrə Qırğızıstan Hökumət Komissiyasının rəhbəri Kamıçıbek Taşiyev bu gün paytaxt Bişkekdə  keçirdiyi brifinqdə bildirib.

“Qırğızıstan-Özbəkistan sərhədinin bütün mübahisəli sahələri üzrə məsələ həllini tapıb”, - deyə o vurğulayıb.