Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Dünya (26-03-2021, 14:20)
ABŞ senatorları Baydeni İrana qarşı 'bütün vasitələrdən istifadə etməyə' çağırdılar

ABŞ senatorları Baydeni İrana qarşı 'bütün vasitələrdən istifadə etməyə' çağırdılar
ABŞ-ın 43 senatoru Prezident Co Baydenə məktub yazaraq onu İranın nüvə silahı əldə etməsinə mane olması üçün bütün diplomatik və iqtisadi vasitələrdən tam gücü ilə yararlanmağa çağırıb.

"Mediatv.az"xəbər verir ki, Demokrat Bob Menendez, Respublikaçı Cim Riş və Lindsey Grahamın rəhbərliyi ilə hər iki partiyadan ümumilikdə 43 senator tərəfindən imzalanan məktub Senatdan Ağ Evə göndərilib.

Məktubda İranın 2015-ci il nüvə razılaşmasının şərtlərindən uzaqlaşdığı və uranın zənginləşdirilməsində 20% səviyyəsinə çatdığı geniş şəkildə ifadə olunub.

İranın Amerikanın bölgədəki maraqlarını təkcə nüvə silahına sahib çıxmaqla deyil, Yaxın Şərqdə dəstəklədiyi “şiə könüllüləri” ilə də təhdid etdiyinin vurğulandığı məktubda Bayden rəhbərliyinin mümkün qədər tez və konkret addımlar atmasının lüzumuna toxunulub.

"İnanırıq ki, BMT Təhlükəsizlik Şurasındakı və bölgədəki müttəfiqlərimizlə əlaqələr yaradılaraq, İranın nüvə silahına sahib olmasına mane yaradacaq bir razılığa gəlmək üçün diplomatik və iqtisadi alətlərdən maksimum dərəcədə istifadə edəcəksiniz", - məktubda belə deyilir.

Senatorlar ABŞ-ın bu məsələdə həm Avropa, həm də İsrail və Körfəzdəki tərəfdaşları ilə koordinasiyalı hərəkət etməyin faydalı olacağını məsləhət görür və Konqresdəki iki partiyanın İrana qarşı ortaq mövqe sərgilədiklərini vurğulayırlar.

Qeyd edək ki, 20 Yanvarda işə başlayan Bayden rəhbərliyi də İranla yenidən nüvə anlaşmasına qayıtmaq niyyətində olduğunu açıqlamış, İran isə ancaq 2015-ci ildə nüvə anlaşmasının şərtlərinə qayıtmağın mümkünlüyünü bildirmişdi.
шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
18 05 2024
18 05 2024
18 05 2024
18 05 2024
18 05 2024
18 05 2024
18 05 2024
18 05 2024
18 05 2024
18 05 2024
18 05 2024
18 05 2024
18 05 2024
18 05 2024
18 05 2024
18 05 2024
17 05 2024
17 05 2024
17 05 2024
17 05 2024
17 05 2024
17 05 2024
17 05 2024
17 05 2024
17 05 2024
17 05 2024
17 05 2024
17 05 2024
17 05 2024
17 05 2024