Ermənistan baş naziri Nikol Paşinyan ölkənin sabiq prezidenti Serj Sarkisyanı ittiham edib.

Mediatv.az  Ermənistan KİV-ə istinadən xəbər verir ki, Paşinyan Araqatsotn səfərindəki çıxışında Sarkisyanı hakimiyyəti dövründə danışıqlar prosesi ilə bağlı suçlayıb.

"Baş nazir postunda cəmi bir həftə olduğum 2018-ci ilin mayından bəri Qarabağla bağlı məni günahlandırmağa başladılar. Niyə? Çünki danışıqların hara dirəndiyini bilirdilər", - deyə Paşinyan əlavə edib.

Paşinyan bununla Sarkisyanın dövründən danışıqlarda Ermənistan üçün arzuolunmaz vəziyyət yarandığına işarə edib. O qeyd edib ki, proses məxfi olduğundan bunu sadəcə Sarkisyan bilib.