Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Dünya (18-02-2021, 05:22)
Gürcüstanda partiya sədri həbs olundu

 Gürcüstanın müxalif Vahid Milli Hərəkat Partiyasının (VMHP) sədri Nika Meliyaya qarşı həbs qətimkan tədbiri seçilib.
Axar.az xəbər verir ki, bununla bağlı Tiflis Şəhər Məhkəməsi Baş Prokurorluğun müraciəti əsasında qərar qəbul edib.
Məhkəmə iclası 6 saata yaxın davam edib. N.Meliya prosesdə iştirak etməyib.
Müxalifət liderləri və tərəfdarları VMHP-nin mərkəzi ofisində toplaşıblar. Onlar N.Meliyanın həbsinə imkan verməyəcəklərini bildiriblər.
VMHP sədri deputat mandatından imtina etsə də, formal olaraq parlamentin üzvü olaraq qalır. Qanunverici orqan ötən gün N.Meliyanın deputat toxunulmazlığını ləğv edib.
Qeyd edək ki, 2019-cu ilin iyununda müxalif siyasətçi zorakılıqda iştirak ittihamı ilə cinayət məsuliyyətinə cəlb olunub. Tiflis Şəhər Məhkəməsinin qərarı ilə o, 30 min lari məbləğində girov müqabilində azadlığa buraxılıb və elektron qolbaq vasitəsilə nəzarətdə alınıb. N.Meliya ötən ilin noyabrında qolbağı çıxarıb. Bundan sonra girovun məbləği 40 min lariyə qədər artırılıb və ödənilməsi üçün 50 gün müəyyən edilib. Müddət fevralın 12-də başa çatıb. N.Meliya girovu ödəməkdən imtina edib.шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
30 11 2025
30 11 2025
30 11 2025
30 11 2025
30 11 2025
30 11 2025
30 11 2025
30 11 2025
30 11 2025
30 11 2025
30 11 2025
30 11 2025
30 11 2025
30 11 2025
29 11 2025
29 11 2025
29 11 2025
29 11 2025
29 11 2025
29 11 2025
29 11 2025
29 11 2025
29 11 2025
29 11 2025
29 11 2025
29 11 2025
29 11 2025
29 11 2025
28 11 2025
28 11 2025