Dünya (27-10-2014, 22:47)
Rüşvətə görə 51 nəfər həbs olundu
İspaniyada tikinti sektoruna aid genişmiqyaslı anti-korrupsiya əməliyyatında azı 51 nəfər, o cümlədən bir sıra tanınmış siyasətçilər həbs olunub.
Anspress-in məlumatına görə, bu barədə ölkənin Korrupsiya Əleyhinə Prokurorluq İdarəsi bəyanat yayıb. "Punika əməliyyatı" adlı reydlər Madrid, Mursiya, Leon və Valensiya vilayətlərində aparılıb. Həbs olunanlardan biri Madrid regionunun keçmiş qubernator müavinidir.
Fransisko Qranadosun İsveçrə bankında milyonlarla avro əmanətinin olduğu aşkarlandıqdan sonra fevral ayında tutduğu vəzifədən istefa vermişdi. İstintaqa məhz İsveçrə tərəfinin verdiyi məlumatlar yardımçı olub, prokurorluq 259 xüsusi mülkiyyət, 400 bank və şirkətdə axtarışların aparılmasına dair sərəncam verib, korrupsiyada adı hallananların cari hesabları və depozitləri bloklaşdırılıb, 30 nəqliyyat vasitəsinə sanksiya tətbiq olunub.
İstintaqa görə, yerli hökümətlərdə (bəzi vəzifəli şəxslər) rüşvət müqabilində dövlət tikinti kontraktlarını istədikləri şirkətlərə həvalə edib. Söhbət ümumilikdə büdcədən ayrılan 250 milyon avroya yaxın vəsaitdən gedir.
Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024