Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Dünya (8-02-2021, 12:20)
Sülhməramlılar Kəlbəcərə tikinti materialları çatdırıb - Video


Sülhməramlılar Kəlbəcərə tikinti materialları çatdırıb


Rusiya sülhməramlıları Kəlbəcər bölgəsinə 150 ton humanitar yardımın çatdırılmasını təmin edib.

“Mediatv.az” xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb. Sülhməramlı kontingent Azərbaycan Respublikasına qaytarılmış ərazilər arasında humanitar yüklərin tranzitini təşkil edir.


Bildirilib ki, sosial obyektlər və yaşayış binalarında enerji və su təchizatı sistemlərinin bərpası üçün 20 “KamAZ” hərbi yük maşını və onu müşayiət edən 5 avtomobildən ibarət Humanitar Reaksiya Mərkəzinin ikinci kolonu Kəlbəcər rayonuna 150 tondan çox tikinti materialını çatdırıb. Konvoyun marşrutunun Suqovuşan və Vəng yaşayış məntəqələrindən keçdiyi bildirilib.

Sözügedən yardımın 9 noyabr tarixində Azərbaycan, Rusiya və Ermənistan arasında imzalanmış üçtərəfli sazişin şərtləri əsasında göstərildiyi qeyd olunub.



шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
30 11 2025
30 11 2025
30 11 2025
30 11 2025
30 11 2025
30 11 2025
30 11 2025
30 11 2025
30 11 2025
30 11 2025
30 11 2025
30 11 2025
30 11 2025
30 11 2025
29 11 2025
29 11 2025
29 11 2025
29 11 2025
29 11 2025
29 11 2025
29 11 2025
29 11 2025
29 11 2025
29 11 2025
29 11 2025
29 11 2025
29 11 2025
29 11 2025
28 11 2025
28 11 2025