Dünya (5-02-2021, 15:38)
Baydenin Rusiyaya qarşı açıq çıxışı: - Kremli nə gözləyir?
Siyasi ekspert Vüqar Zifəroğlunun "Mediatv.az"-a müsahibəsi:- ABŞ Prezidenti Cozef Bayden xarici siyasət kursunu elan etdi. O, heç bir tərəddüd etmən Rusiyaya qarşı xərcləri artıracağını bildirdi. Baydenin rəsmi Moskvaya yönəlik xarici siyasəti necə olacaq?
- Rəsmi Vaşinqtonun indiki məqamda Rusiya ilə hansısa ciddi bir konfliktə girəcəyini düşünmürəm. Yəni Bayden Rusiya üçün xərcləri artıracağını deyərkən, əslində onun nüfuz dairəsində olan MDB məkanına meyil edəcəyini, buradakı münaqişələrə aktiv şəkildə müdaxilə edəcəyini nəzərdə tutur. Xüsusilə Ukrayna, Gürcüstan və Moldova məsələlərində ABŞ öz aktivliyini artıra bilər. Çünki bu münaqişələr kifayət qədər ağrılıdır və Kremldən idarə edilir.
Bu gün Rusiyanın daxilində də maraqlı proseslər gedir. ABŞ həmin proseslərə müdaxilə edəcək. Hər halda Rusiyanın daxilində etirazların yüksəlməsi, bu ölkənin daxildən zəifləməsi Vaşinqtonun maraqlarına cavab verir. Yəni Bayden Rusiya üçün həm xaricdə, həm də daxildə problem yaradacaq.
- Bayden xarici kursu dəyişir: özünütəcriddən imtina, xaricdə demokratikləşmə cəhdlərinin artırılması...
- ABŞ-ın demokratikləşmə adı altında apardığı siyasət ölkələrə dağıntı və fəlakətdən başqa bir şey gətirməyib. Yəni hansısa bir ABŞ lideri xaricdə demokratikləşmə cəhdlərindən bəhs edirsə, bilin ki, bu ya həmin ölkədə rejim dəyişikliyi, ya inqilab, ya da buna bənzər bir hadisənin xəbərçisidir. ABŞ bu adla ölkələrin daxili işlərinə müdaxilə edib, həmin ölkələrdə özünə sadiq daha loyal şəxsləri hakimiyyətə gətirir. Bunu da dünyaya demokratiyanın bərpası kimi təqdim edir.
Bayden bu məsələdə Obama administrasiyasının siyasətini davam etdirəcək. Onu da qeyd edim ki, Bayden həmin administrasiyanın tərkibində fəaliyyət göstərib və dəqiq desək, Obama administrasiyanın xarici siyasətini formalaşdıran pərdəarxası şəxs idi. Bu mənada Bayden administrasiyasının fəaliyyətini Obama administrasiyasının davamı kimi qiymətləndirə bilərik.
- Bayden ABŞ-ın xaricdəki hərbi bazalarına da toxundu. Sizcə, nələr dəyişəcək?
- Eks-prezident Donald Trampın hakimiyyəti dövründə bir çox ölkədə, daha dəqiq desək, Əfqanıstan, Suriya, Almaniya, Pakistanda yerləşən ABŞ bazalarının hərbi kontingentində ciddi azalma yaşandı. Tramp düşünürdü ki, ABŞ hərbçiləri başqa ölkələr uğrunda həlak olmamalıdır. Buna görə də minlərlə hərbçi geri çağırıldı. Lakin görürük ki, Bayden Trampın bu qərarına qarşıdır. Yəni Bayden nəinki hərbi bazaların hərbi heyətinin sayını artıracaq, hətta yeni hərbi bazalar da yarada bilər.
Aydın məsələdir ki, Bayden ölkəsinin rəqiblərinin güclənməsini istəmir. Çünki Tramp dövründə ABŞ-ın bəzi regionlardakı hərbçilərinin sayını azaltması həmin ərazilərdə rəsmi Vaşinqtona alternativ güclərin yaranmasına gətirib çıxardı. Görünür, Bayden bu vəziyyətin qarşısını tez bir zamanda almağa çalışacaq.
- Bayden Yəmən böhranı məsələsində ərəb koalisiyasına verdiyi dəstəyi dayandıracağını qeyd edib. Necə düşünürsüz, Bayden Yəməni husilərə, dolayı yolla İrana güzəşdə gedəcək?
- Mən deməzdim ki, Bayden Yəməni husilərə, ya da İrana güzəşdə gedəcək. Çünki Bayden Yəməndəki savaşın humanitar və strateji fəlakətə səbəb olduğunu və bu müharibənin bitirilməsi gərəkdiyini söyləyib. Yəni hərbi yardımın dayandırılması diplomatik təmasların dayanması mənasına gəlmir. Bayden hər halda bütün regionlarda ABŞ-ın maraqlarını hərbi yolla qoruyası deyil. Diplomatik manevrlər da ediləcək. Düşünürəm, Yəmən məhz bunun ən gözəl nümunəsi olacaq.
Rəsmi Vaşinqton İranla Yəməndə yox, Yaxın Şərqdə daha çox mübarizədə maraqlıdır. Yəməni isə bütövlükdə Səudiyyə Ərəbistanının nəzarətinə buraxır. Təsadüfi deyil ki, o, Vaşinqtonun Səudiyyə Ərəbistanını İran qüvvələrindən müdafiə etmək üçün köməkliyini davam etdirəcəyini vurğulayıb.
Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
30 11 2025
30 11 2025
30 11 2025
30 11 2025
30 11 2025
30 11 2025
30 11 2025
30 11 2025
30 11 2025
30 11 2025
30 11 2025
30 11 2025
30 11 2025
30 11 2025
29 11 2025
29 11 2025
29 11 2025
29 11 2025
29 11 2025
29 11 2025
29 11 2025
29 11 2025
29 11 2025
29 11 2025
29 11 2025
29 11 2025
29 11 2025
29 11 2025
28 11 2025
28 11 2025



























