Mediatv.az TASS-a istinadən xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Vladimir Zelenski sosial şəbəkə hesabında məlumat paylaşıb.
“Bu gün altı ukraynalı dənizçi sərbəst buraxıldı. “Stevia” gəmisinin ekipaj üzvləri ay yarım Nigeriyada piratların girovluğunda idilər”, - deyə Zelenski bildirib.
Xatırladaq ki, ötən il dekabrın 16-da Kamerun bayrağı altında üzən “Stevia” yük gəmisi Nigeriya sahillərində dəniz quldurları tərəfindən ələ keçirilmişdi.





























