Dünya / Kriminal (1-09-2018, 13:00)
Rusiyada narkotacir azərbaycanlıya hökm oxundu
Rusiyanın Vladivostok məhkəməsi Tverdən bu şəhərə narkotik vasitələrin dövriyyəsi ilə məşğul olmaq üçün gələn azərbaycanlıya hökm oxuyub.
Mediatv.az xəbər verir ki, bununla bağlı “RİA Vostok-Media” məlumat yayıb.
Ancaq onun istəyi ürəyində qalıb.
Prokurorluğun məlumatına görə, o, fəaliyyətinə 2017-ci ildə Moskvada başlayıb. Tver sakini dostunun Vladivostoka getmək və burada narkotik maddələr satmaq təklifini qəbul edib. O, Vladivostoka gəlib, burada mənzil kirayələyib və narkotik vasitələri saxlamaqla məşğul olub.
Sonuncu dəfə narkotik vasitələr almaq istəyən zaman həmin şəxs Rusiya Federal Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən saxlanılıb. Onun üzərində və qaldığı evdən külli miqdarda narkotik vasitə aşkarlanıb.
Vladivostok məhkəməsi azərbaycanlını təqsirli bilib və onu 9 il 5 ay müddətinə azadlıqdan məhrum edib. O, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkəcək.