Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Dünya (6-06-2014, 13:18)
Putin: “Qadınlarla mübahisə etməmək yaxşıdır“

Rusiya prezidenti Vladimir Putin ABŞ-ın keçmiş dövlət katibi və ola bilsin ki, 2016-cı ildə prezidentliyə namizəd Hillari Klintonu “zəif qadın” adlandırıb.

 

İyunun 4-də Fransa televiziyasına müsahibə verən Putin H.Klintonun onun haqqında mart ayında dediklərinə cavab olaraq belə deyib.
H.Klinton V.Putinin Krımı anneksiyasını vaxtilə Adolf Hitlerin alman azlığını qorumaq adı ilə Polşaya, Çexoslovakiyaya müdaxiləsi ilə müqayisə edib. H.Klinton bunu martın 4-də Kaliforniyada bir tədbirdə demişdi.
Putin indi Fransa televiziyasına deyir: "Qadınlarla mübahisə etməmək yaxşıdır. Ancaq xanım Klinton bəyanatlarında heç vaxt bu qədər kəskin olmayıb".
Rusiya prezidenti əlavə edib ki, H.Klintonla görüşləri zamanı həmişə səmimi söhbət aparıblar.
Putin hesab edir ki, H.Klintonun belə deməyi Klintonun güclü olmasından deyil, zəifliyindən irəli gəlir: “Ancaq ola bilsin, zəiflik qadın üçün ən pis keyfiyyət deyil". 
Qeyd edək ki, Putin ilk dəfə deyil qadınlara toxunan belə ifadələr işlədir. 1990-cıə illərin ortalarında Putin öz həyat yoldaşı Lüdmila haqda belə deyib: “Lüdmila ilə ikicə həftə yaşaya bilənə heykəl qoyulmalıdır”.
2013-cü ilin iyununda Vladimir Putin öz xanımı ilə boşandığını elan etdi, bu ilin aprelində isə Rusiya vətəndaşlarının suallarına cavab verəndə ondan soruşdular ki, ikinci dəfə evlənmək fikri varmı. 
Putin belə cavab verdi: “Əvvəlcə mən gərək keçmiş xanımım Lüdmilanı ərə verim. Sonra özüm haqda fikirləşim”.
2006-cı ildə İsrailin keçmiş prezidenti Moşe Katsav zorlamada və qadınlara seksual təcavüzdə ittiham olunanda Putin deyib ki, "Katsav necə güclü kişi olmalıdır. O, 10 qadını zorlayıb. Biz hamımız ona həsəd aparırıq”. 
2008-ci ildə Putindən soruşublar ki, keçmiş gimnast Alina Kabaeva ilə hansı münasibətləri varmı.
Putin deyib: “Məncə heç kimin xətrinə dəyməz, əgər desəm ki, mən rus qadınlarını ən istedadlı və ən gözəl hesab edirəm”.
Ancaq Putin Kabaeva ilə hər hansı romantik münasibətləri olmasını qəti şəkildə inkar edib 
шаблоны для dle 11.2

Xəbər lenti
19 04 2025
19 04 2025
19 04 2025
19 04 2025
19 04 2025
19 04 2025
19 04 2025
19 04 2025
19 04 2025
19 04 2025
19 04 2025
18 04 2025
18 04 2025
18 04 2025
18 04 2025
18 04 2025
18 04 2025
18 04 2025
18 04 2025
18 04 2025
18 04 2025
18 04 2025
18 04 2025
18 04 2025
18 04 2025
18 04 2025
18 04 2025
18 04 2025
18 04 2025
18 04 2025