Dünya (29-05-2014, 17:57)
Avrasiya İqtisadi İttifaqı yaradıldı
Qazaxıstanın paytaxtı Astanada Avrasiya İqtisadi İttifaqının (Aİİ) yaradılması ilə bağlı müqavilənin imzalanmasına dair mərasim keçirilib
Mediatv.az-in “Kazinform”a istinadən verdiyi məlumata görə, mərasim “Müstəqillik” sarayında keçirilib. Sənədi Qazaxıstan prezidenti Nursultan Nazarbayev, Rusiya prezidenti Vladimir Putin, Belarus prezidenti Aleksandr Lukaşenko imzalayıblar.
Aİİ üzv dövlətlərin iclasının gedişində qeyd edilib ki, müqavilənin imzalanması Avrasiya məkanında inteqrasiyanın inkişafında yeni mərhələnin başlanğıcını ifadə edir.
İttifaq 3 dövlətdən ibarət vahid bazar yaradacaq. Bazar yüz milyonlarla insanı əhatə edəcək. Malların, xidmət, kapital və iş qüvvəsinin müstəqil hərəkət etməsi şərtləri yaradılacaq. Bundan əlavə, üzv-dövlətlər iqtisadiyyatın əsas sahələrində razılaşdırılmış siyasətin həyata keçirilməsini öhdələrinə götürürlər.
Müqavilə 1 yanvar 2015-ci il tarixdən qüvvəyə minəcək.
Sammitdə Ermənistanın da Aİİ-yə qoşulması məsləsi müzakirə olunub.