Dünya (20-05-2014, 19:05)
Alimlərdən Soma açıqlaması
"Bu qardaşlarımızın şəhid olduğunu düşünürük”
"Türkiyədə baş verən Soma faciəsi zamanı həlak olan mədənçilər şəhiddir".
Bunu Dünya Müsəlman Alimləri Birliyinin Baş Katibi Əli Muhyiddin Əl-Qaradaği deyib.
O, faciə zamanı həlak olanlara görə dərin kədər hissi keçirdiyini və onların şəhid olduğunu söyləyib:
“Alimlər şəhid olanların və yaralıların dərdlərini paylaşmalı və onlarla həmdərd olmalıdır. İslami dəlillərə əsaslanaraq bu qardaşlarımızın şəhid olduğunu düşünürük”.
Qeyd edək ki, Türkiyənin Soma mədənində baş verən faciədə həyatlarını itirənlərə şəhid statusu veriləcək.
Türkiyə baş naziri Rəcəb Tayyib Ərdoğan Soma faciəsi ilə əlaqədar təlimat verib.
Təlimata əsasən terror aktları zamanı həyatını itirən şəxslər üçün işlədilən “mülki şəhid” ifadəsi Soma faciəsi zamanı həlak olan mədənçilər üçün də istifadə olunacaq.
Belə ki, bundan sonra Somada həlak olan mədənçilər barəsində “mülki şəhid” ifadəsi işlədiləcək.
Təlimata əsasən həlak olan mədənçilərin ailə üzvləri qısa müddət ərzində iş və maaşla təmin ediləcək.
Qeyd edək ki, Somadakı mədən faciəsində həyatını itirən işçi sayı 301-ə çatıb. 485 işçi faciədən canlı olaraq xilas olub