Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Dünya (6-08-2015, 16:36)
Pentaqon: ABŞ İŞİD-ə qarşı İncirlikdən ilk hücumu həyata keçirib

Pentaqon bildirib ki, ABŞ qüvvələri Türkiyədə İncirlik hərbi hava bazasından Suriyada İŞİD yaraqlılarına qarşı ilk hücumu həyata keçirib.

ABŞ hərbi qüvvələrinin rəsmiləri Amerikanın dronları və hərbi təyyarələrinin Türkiyənin cənubundakı bazada yerləşdirilməyə başladığı eyni gün baş verən ilk hücumun pilotsuz idarə edilən dron tərəfindən həyata keçirildiyini bildirib.

Türkiyə və Birləşmiş Ştatlar Suriyanın Türkiyə ilə sərhəd yaxınlığındakı ərazilərinin İŞİD döyüşçülərindən təmizlənməsi üçün birgə hərbi əməliyyatlar keçirməyi planlaşdırır.

Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu birgə əməliyyatların başlanılağını elan edərək, İslam Dövləti qrupunun ekstremistlərinə qarşı genişmiqyaslı əməliyyatların İŞİD-in Suriyada vətəndaş müharibəsində döyüşən mötədil müxalifətə yaratdığı təhlükəni azaldacağını gözlədiyini bildirib.

ABŞ Dövlət katibi Con Kerri və Mövlud Çavuşoğlu Suriyada vəziyəti Kuala Lumpurda iştirak etdikləri Asiya regional sammiti çərçivəsində görüş keçirib.

Con Kerri həmçinin Rusiya Xarici İşlər naziri Sergey Lavrovla görüşüb. Lavrov İslam Dövləti qrupunun regionda hamı üçün təhlükə olduğunu deyib, lakin bununla belə Suriyada, üsyançı tərəflər də daxil olmaqla müxtəlif qruplar arasında qarşıdurma olduğuna görə İŞİD yaraqlılarına qarşı mübarizə məsələsində birgə yanaşmanın olmadığını bildirib.  

Lavrov və Kerri ABŞ və Rusiya rəsmilərinin İŞİD-ə qarşı mübarizə məsələsi ilə bağlı görüşləri davam etdirməli olduqları məsələsində razılıq əldə ediblər.

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024