Dünya (3-12-2015, 22:26)
Çavuşoğlu Lavrovla görüşdükdən sonra açıqlama verdi
Türkiyənin hava məkanını pozmuş “Su-24” təyyarəsi ilə bağlı insidenti İŞİD-ə qarşı ümumi mübarizəmiz ilə əlaqələndirmək lazım deyil. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu rusiyalı həmkarı Sergey Lavrov ilə görüşündən sonra bildirib.
“Mən qeyd etmək istərdim ki, noyabrın 24-də Türkiyənin hava məkanının pozulması nəticəsində baş vermiş insident İŞİD-ə qarşı ümumi mübarizəmiz ilə əlaqələndirilməməlidir”, deyə Çavuşoğlu vurğulayıb.
Qeyd edək ki, ATƏT Xarici İşlər nazirləri Şurasının Belqradda keçirilən toplantısı çərçivəsində baş tutan Çavuşoğlu-Lavrov görüşü Rusiyanın “Su-24” təyyarəsi vurulandan (noyabrın 24-dən) bu vaxtadək rəsmi səviyyədə baş tutmuş ilk təmasdır.