Türkiyədə PKK və Fətullahçı Terror Təşkilatına (FETÖ) yardım etməkdə şübhəli sayılan, aparılan istintaq çərçivəsində vəzifədən uzaqlaşdırılan 28 bələdiyyə sədrinin yerinə 28 nəfər təyin edilib.
Mediatv.az-ın Türkiyənin NTV telekanalına istinadən verdiyi məlumata görə, bununla bağlı Türkiyə Daxili İşlər Nazirliyinin qanun hökmündə qərarı bu gün dərc olunub.
Bələdiyyə sədrini əvəzinə təyin edilən vali müavinləri və icra nümayəndələri bu gün saat 9:00-dan vəzifələrinin icrasına başlayıblar. Qərara əsasən, Batman və Hakkari rayonlarının, 24 qəsəbənin və 2 yaşayış məntəqəsinin bələdiyyələrinin sədrləri vali müavinləri və icra nümayəndələri ilə əvəzləniblər.