Dünya / Slayd (17-03-2016, 22:01)
ABŞ ordusunda yüksək vəzifə tutan azərbaycanlı kimdir?
Bir neçə gündür ölkə mətbuatımızın gündəmini təşkil edən Amerikadakı həmyerlimiz azərbaycanlı Nəimi Amiral haqqında ətraflı məlumat təqdim edirik.
Avropa.info xəbər verir ki, Əmiralıyev Nəimi Əsgər ( Jonh Naimi Amiral) oğlu Amerika Birləşmiş Ştatlarının Rumıniyada istifadəyə verilən Ballistik Raketlərə Qarşı Müdafiə Sistemi hərbi bazasında xarici əlaqələr bürosunun direktoru vəzifəsinə təyin olunub.
Xatırladaq ki, əsl adı Nəimi soyadı Amiralıyev olan Jonh Naimi Amiral əslən Naxçıvanın Babək rayonunun Nehrəm kəndindəndir. O uzun müddətdir ki, Amerika Birləşmiş Ştatlarında yaşayır və Amerika ordusunda zabit idi.
ABŞ-ın Respublikaçılar Partiyasının nümayəndəsi olan Nəimi Amiral ABŞ tarixində ilk azərbaycanlı olaraq Vircinyia Əyalət Məclisinə daxil olmağa ən uğurlu namizədlərdən olub.
2009-cu il seçkilərində Vircinyia Əyalət Məclisinə namizəd olan həmyerlimiz Amerikada yaşayan türklərin də xüsusi dəstəyi ilə 29 sentyabr axşamı Vaşinqton şəhərinin ən müstəsna yerlərindən biri olan Metropolitan Squarede (Ağ evin yanında) Amerikada xüsusi diqqət çəkən bir dəstək mitinqi təşkil edə bildi. Vaşinqtondaki Türk və Azərbaycan liderlerindən ibarət nümayişçilər Nəimi Amirala hər tərəfli dəstək verdilər. John Naimi Amiral 3 noyabr 2009 seçkilərində Vircinyia Əyalət Məclisinə namizədlər sırasında ən uğurlu namizədlərdən olan Nəimi Amiral seçkiləri rəqibi ilə arasında az bir fərqlə uduzub.
Amerika Birləşmiş Ştatlarındakı siyasi və hərbi sahədəki fəaliyyəti ilə hər zaman başqalarından fərqlənən həmyerlimiz xüsüsi bacarığı sayəsində hər zaman öhdəsinə düşənləri layiqincə yerinə yetirərək zirvəyə çatmağl bacarıb.