Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Karusel (19-09-2015, 20:48)
89- SAYLI GOYCAY AGDAS SECKİ DAIRƏSİNDƏN-ELMAN NƏSİROV

 

89 saylı Göyçay-Ağdaş seçki dairəsindən Yeni Azerbaycan Partiyasi tərəfindən namizədliyi irəli sürmüş ELMAN XUDAM OĞLU NƏSİROV

ELMAN XUDAM OĞLU NƏSİROV

1968-ci il mayın 23-də Cəlilabad rayonunun Təzəkənd kəndində ziyalı ailəsində dogulmuşdur.
1989-1994-cü illərdə Bakı Dövlət Universitetinin (BDU) Tarix fakültəsində təhsil almış və oranı fərqlənmə diplomu ilə bitirmişdir. 
1995-2000-ci illərdə BDU-nun Avropa və Amerika ölkələrinin yeni və müasir tarixi kafedrasının dissertantı ol¬muşdur. 
1992-1994-cü illərdə Azərbaycan Dillər Universitetində iki illik ingilis dili kursunda təhsil almış və fərqlənmə sertifikatı ilə bitirmişdir. 
1995-2003-cü illərdə BDU-nun Avropa və Amerika ölkələrinin yeni və müasir tarixi kafed¬rasında calışmışdır.
2001-ci ildə “Azərbaycan-ABŞ münasibətləri. 1991-1997-ci illər” mövzusunda disserta-siya mü¬dafiə edərək tarix elmləri üzrə fəlsəfə doktoru elmi dərəcəsi almışdır.
2001-ci ildən Yeni Azərbaycan Partiyasının üzvüdür.
2011-ci ildə “ABŞ və beynəlxalq terrorizm problemi” mövzusunda siyasi elmlər üzrə doktorluq disser¬tasiyası müdafiə etmişdir. 
2012-ci ildən Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının “Beynəlxalq münasibətlər və xarici siyasət” kafedrasının professorudur.
2004-cü ildən Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının «Dövlət idarəçiliyi: nəzəriyyə və təcrübə» elmi-nəzəri və praktiki jurnalının Redaksiya heyyətinin üzvü, 2012-ci ildən isə onun məsul katibidir.
2012-ci ildən Rumıniya Respublikasının nüfuzlu “Geopolitika” elmi-analitik jurnalının Redaksiya heyyətinin üzvüdür.
2007-ci ildən Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının Siyasi və tarix elmləri üzrə Ekspert Şurasının ekspertidir.
2008-2013-cü illərdə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası¬nın Geostrateji Araşdırmalar Mərkəzinin direktor müavini vəzifəsində çalışmışdır.
2013-cü ilin 18 sentyabr tarixindən Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Siyasi Araşdırmalar İnstitutunun direktoru vəzifəsində çalışır.
2014-cü ildən Yeni Azərbaycan Partiyasının Beynəlxalq Əlaqələr Komissyasının katibi və eksperti olaraq fəaliyyət göstərir.
Müxtəlif televiziya kanallarında Azərbaycanın xarici siyasəti və beynəlxalq təhlükəsizlik məsələləri ilə bağlı siyasi şərhlərlə çıxış edir.
2015-ci ilin may ayından Azərbaycan Televiziya və Radio Verilişləri QSC-nin “Bizim Planet” proqramının aparıcısıdır.
Müasir beynəlxalq münasibətlərin aktual problemləri, enerji təhlükəsizliyi məsələləri, Avropa və Amerika ölkələrinin yeni və müasir tarixi, ABŞ və Avropa dövlətlərinin müasir xarici siyasəti, beynəlxalq terrorizm problemi və s. istiqamətlər onun tədris və tədqiqat sahələrini əhatə edir. 90-dan artıq elmi məqalənin və 6 tədris- metodiki işin müəllifidir. Bir sıra elmi məqalələri xarici ölkələrdə (ABŞ, Çexiya, İran, Türkiyə, Ukrayna, Rumıniya, Makedoniya və s.) çap edilmişdir.
Aşağıdakı kitabları nəşr olunmuşdur: 
1. “Azərbaycan-ABŞ münasibətləri. 1991-1997-ci illər”. Bakı, Qanun nəşriyyatı, 1998, 136 s.;
2. “Azərbaycan nefti və beynəlxalq müqavilələr. 1991-1999-cu illər”. Bakı, Qanun nəşriyyatı, 1999, 104 s., 
3. “ABŞ və dünya 11 sentyabrdan sonra”. Bakı, Adiloğlu, 2003, 262 s., 
4. Amerika Birləşmiş Ştatlarının antiterror doktrinası və onun tətbiqi mexanizmləri. Bakı, Elm və Təhsil, 2010, s.392
5. “Dövlət İdarəçiliyində varislik, novatorluq və dinamizm. İlham Əliyevin prezidentlik fəaliyyətinin xronikası: rəsmi qəbul və səfərlərinin icmalı (2003-2006)”.(həmmüəllif) Bakı, Azərbaycan nəşriyyarı, 2007, 944 s. 
6. Dövlət İdarəçiliyində varislik, novatorluq və dinamizm. İlham Əliyevin prezidentlik fəaliyyətinin xronikası: rəsmi qəbul və səfərlərinin icmalı (2007-2008) II kitab (həmmüəllif)-Bakı, Azərbaycan nəşriyyarı, 2008, 754 s. 
7. Dövlət İdarəçiliyində varislik, novatorluq və dinamizm. İlham Əliyevin prezidentlik fəaliyyətinin xronikası: rəsmi qəbul və səfərlərinin icmalı (2008, oktyabr-2010) III kitab (həmmüəllif)-Bakı, Azərbaycan nəşriyyarı, 2013, 752 s. 
8. Dövlət İdarəçiliyində varislik, novatorluq və dinamizm. İlham Əliyevin prezidentlik fəaliyyətinin xronikası: rəsmi qəbul və səfərlərinin icmalı (2011-2013, mart) IV kitab (həmmüəllif)-Bakı, Azərbaycan nəşriyyarı, 2013, 976 s.
1997-ci ildə Bakı Dövlət Universiteti, Azərbaycan Beynəlxalq Əməliyyat Şirkəti və Azərbaycan Milli Elmlər Akademiyasının birgə təşkil etdikləri «Azərbaycan neftinin dünəni, bu günü və sabahı» mövzusunda gənc alim və tədqiqatçıların ümumrespublika müsabiqəsinin qalib olmuş, I dərəcəli diplom və mükafatla təltif edilmişdir. 2000- ci ildə eyni tipli müsabiqənin qaliblərindən biri olaraq III dərəcəli diplom və mükafatla təltif edilmişdir.
2009-cu ilin oktyabr ayında Azərbaycan Respublikası Kütləvi İnformasiya Vasitələri işçiləri Həmkarlar İttifaqı Rəyasət Heyyətinin qərarı ilə “Qızıl qələm” media mükafatı laureati diplomu ilə təltif olunmuşdur.
2009-cu ilin 30 dekabr tarixində Daxili Qoşunların şəxsi heyəti qarşısında hərbi-vətənpərvərlik mövzusunda etdiyi mütəmadi çıxışlarına görə Daxili Qoşunların Komandanı tərəfindən Fəxri fərmanla təltif olunmuşdur. 
25 dekabr 2013-cü ildə Daxili Qoşunların şəxsi heyəti qarşısında mütəmadi olaraq geniş mühazirələrlə çıxışına və hərbi qulluqçuların vətənpərvərlik ruhunun yüksəldilməsində fəal iştirakına görə Daxili Qoşunların Komandanı tərəfindən Fərmanla mükafatlandırılmışdır.
28 dekabr 2013-cü ildə Azərbaycan Gənc Diplomatlar Birliyinin üzvlərinin maarifləndirilməsində göstərdiyi xidmətlərə görə Azərbaycan Gənc Diplomatlar Birliyi tərəfindən Fəxri Fərmanla təltif olunmuşdur.
Milli mətbuatımızın 140-cı ildönümü münasibətilə peşəkar fəaliyyətinə görə TRT AVAZ-ın 7-ci Gün Proqramının eksperti olaraq “Qafqaz-Media” İctimai Birliyinin təsis etdiyi Peşəkar Jurnalist mükafatı ilə təltif olunmuşdur.
2003, 2007-ci illərdə Brüssel, Mons (Belçika), 2001, 2004-cü illərdə Tehran (İran), 2007-ci ildə Simferopol (Krım,Ukrayna), 2008-ci ilin iyun və sentyabr aylarında Kiyev (Ukrayna), 2009-cu ilin iyun, sentyabr və noyabr aylarında müvafiq olaraq Sevastopolda (Krım, Ukrayna), Kiyevdə (Ukrayna), Frankfurtda (Almaniya), 2010-cu ilin mayayında Təl-Əvivdə (İsrail) və Bursada (Türkiyə), həmin ilin oktyabr ayında İstanbulda (Türkiyə) və Buxarestdə (Rumıniya), 2011-ci ilin may ayında Bursada (Türkiyə) və Skopyedə (Makedoniya), iyun ayında Pekin, Şanxay və Usidə (Çin), avqust ayında Batumda (Gürcüstan), 2012-ci ilin may ayında Qarabükdə (Türkiyə), 2013-cü ilin fevral ayında Kölndə (Almaniya), iyun ayında İstanbulda (Türkiyə), iyul ayında Kiyevdə (Ukrayna), 2014-cü ilin aprel ayında Giresunda (Türkiyə), sentyabr ayında Kişinyovda (Moldova), 2015-ci ilin mart ayında İjevskdə (Udmurtiya), iyun ayında isə Brüssel (Belçika) və Amsterdamda (Niderland) keçirilən beynəlxalq elmi konfrans və simpoziumlarda elmi məruzələrlə çıxış etmişdir. 
2009-cu il 18 mart tarixində Azərbaycan Respublikasının Konstitusiyasına əlavə və dəyişikliklərin edilməsi ilə bağlı keçirilən referendumda “Vətəndaş cəmiyyəti” təşviqat qrupunun vəkili olmuşdur.
2013-cü il 9 oktyabr tarixində keçirilən Azərbaycan Respublikasının Prezidenti seçkilərində Yeni Azərbaycan Partiyasının namizədi cənab İlham Əliyevin Cəlilabad seçki dairəsi üzrə səlahiyyətli nümayəndəsi və respublika üzrə müşahidəçi statusunda fəaliyyət göstərmişdir.
2013-cü il 9 oktyabr tarixində keçirilən Azərbaycan Respublikasının Prezidenti seçkilərində Yeni Azərbaycan Partiyasının namizədi cənab İlham Əliyevin təbliğat-təşviqat tədbirlərində fəal iştirakına görə YAP Cəlilabad Rayon Təşkilatının Fəxri Fərmanı ilə təltif edilmişdir.
Özbəkistan Respublikasında 29 mart 2015-ci ildə keçirilən prezident seçkilərində MDB beynəlxalq müşahidəçi qrupunun tərkibində Daşkənddə və Səmərqənddə müşahidəçi kimi iştirak etmişdir.
“Bakı-2015” Birinci Avropa Oyunlarına Dəstək” Vətəndaş Cəmiyyəti Koalisiyasının eksperti olaraq onun missiyasından irəli gələn vəzifələrin yerinə yetirilməsi prosesində fəal iştirak etmişdir.


İngilis, rus, türk dillərini bilir.
Ailəlidir. 3 övladı vardır.

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
25 11 2024
25 11 2024
25 11 2024